Pentaqon rəhbərindən "sərhəddə temperaturu aşağı salın" çağırışı - "Əvvəl çəkindiyimiz addımları atacağıq..."

02 dekabr, 2021 12:48

ABŞ dövlət katibi Entoni Blinken növbəti dəfə Kremli Ukraynaya hərbi müdaxilədən çəkinməyə çağırıb. Bəyan edib ki, əks halda ABŞ Rusiyaya qarşı “əvvəllər çəkindiyi addımları atacaq”.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, ötən gün dekabrın 1-də Romada NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısının yekunu olaraq jurnalistlərə açıqlamasında bu haqda danışıb, Rusiyanın Ukraynanı “daxildən və xaricdən” sarsıtmaq cəhdlərindən dərin narahatlıq keçirir.

“Rusiya Ukraynaya münasibətdə əhəmiyyətli ölçülərdə aqressiv addımların planlarını hazırlayıb. Bu planlara həm genişmiqyaslı hərbi müdaxilə, həm ölkədə vəziyyəti daxildən gərginləşdirmək və qeyri-stabillik yaratmaqdır”, - Entoni Blinken belə deyib. Dövlət katibi əlavə edib ki, ABŞ Rusiyanı belə addımlardan çəkinməyə çağırır. O, ABŞ-ın Ukraynanı dəstəklədiyini, “aqressiv addımlara reaksiya verdiyini” deyib. Blinken ABŞ-ın cavabının iqtisadi sferada “fövqəladə təsir gücünə malik bir sıra addımlardan ibarət olacağını” bildirib. Hansı ki, Vaşinqton əvvəllər bu addımları atmaqdan çəkinirdi.

ABŞ dövlət katibi onu da deyib ki, NATO da baş verənlərə laqeyd qalmayacaq, özünün şərq hüdudlarında hərbi iştirakını gücləndirəcək. Blinken bu gün dekabrın 2-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiya xarici işlər naziri Sergey Lavrovla yaranmış təhlükəli situasiya ilə bağlı telefon danışıqları aparacağını da bildirib.

Blinkenin ardınca Pentaqon rəhbəri Lloyd Ostin də Rusiyanı “Ukrayna sərhədləri boyu temperaturu aşağı salmağa” çağırıb. Onun sözlərinə görə, Rusiya Ukrayna ilə sərhəd boyu əhəmiyyətli sayda hərbi qüvvə cəmləşdirib və Qərb bundan ciddi narahatdır. Ostin əlavə edib ki, ABŞ yaranmış situasiyanın nizamlanması üçün “ən yaxşı metodları” işə salmaqda davam edəcək.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozef Borrel isə bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı istənilən hərbi təcavüzü Brüsselin güclü reaksiyası ilə qarşılaşacaq. Borrel bildirib ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyi Avropa İttifaqı üçün prioritetdir. Onun sözlərinə görə, Rusiya Ukraynada həm daxili qeyri-stabillik yaratmaq, həm xaricdən hərbi müdaxiləyə məruz qoymaq cəhdləri göstərir.

Ukraynanı daxildən sarsıtmaq planları barədə danışarkən Qərb siyasətçiləri Kiyevdə Rusiyaya bağlı qüvvələr tərəfindən dekabrın 1-də dövlət çevrilişi planlaşdırıldığı haqda daha əvvəl yayılmış xəbərdarlıqları nəzərdə tuturdular. Hərçənd həmin tarixdə dövlət çevrilişi baş verməyib, amma Kiyevin mərkəzi meydanında prezident Zelenskinin istefası tələbi ilə etiraz hərəkatı başlayıb. Aksiya dinc keçib və heç bir toqquşma qeydə alınmayıb. Analitiklərə görə, Ukrayna daxilində qeyri-stabillik yaratmaq Rusiyanın hibrid müharibə taktikasının elementlərindən biridir və bu element sərhəd boyu iri qoşun qruplaşmalarının cəmləşdirilməsinə paralel olaraq tətbiq edilir.

virtualaz.org

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI