Rusiya ABŞ diplomatlarını qovur - Səfirlik işçilərinin vizaları uzadılmayıb

02 dekabr, 2021 13:01

Rusiya Moskvadakı ABŞ səfirliyinin işçilərindən bir qrupuna yanvarın 31-dək ölkəni tərk etmək göstərişi verib. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 1-də deyib ki, üç ildən çox Moskvada işləmiş səfirlik əməkdaşları gələn ayın sonuna kimi getməlidirlər.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov isə ötən həftə deyirdi ki, Rusiyanın 27 diplomatı yanvarın 30-dək ölkədən gedəcək, çünki vizaları uzadılmayıb. İyunun 30-dək eyni sayda Rusiya diplomatı ABŞ-ı tərk etmişdi. Səfirin sözlərinə görə, Vaşinqtonun vizaları uzatmaması diplomatların qovulması deməkdir.

“Buna müvafiq yolla cavab vermək fikrindəyik. Gələn il iyulun 1-cən Vaşinqton üçillik xidmət qaydasını qaldırmasa və kompromisə getməsə, Dövlət Departamentinin elan etdiyi rusiyalıların sayına mütənasib sayda ABŞ diplomatı gedəcək”, – o vurğulayıb.

Dövlət Departamentinin sözçüsü isə deyib ki, ABŞ-ın hərəkəti rusiyalı diplomatların qovulması demək deyil, Moskvaya ötən il bildirilib ki, üç illik xidmət qaydası onun diplomatlarına aid ediləcək.

“Rusiya hökumətinə məlumat verilib ki, gedənlərin yerinə diplomatik korpusun digər üzvlərini təyin edə bilər. Yeni prosedur cəza məqsədi daşımır, ABŞ-Rusiyanın ikitərəfli missiyaları arasında daha böyük tarazlıq naminə tətbiq edilir”, – sözçü deyib.

Rusiya və Birləşmiş Ştatlar bir neçə dəfə bir-birinin diplomatlarını qovub, diplomatik missiyalara məhdudiyyətlər qoyublar.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən, Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayandan münasibətlərdə gərginlik artıb. Bunda başqa ABŞ Rusiyanı seçkilərə müdaxiləyə, kiberhücumlara, digər məkirli hərəkətlərə, müxalifətçi Aleksey Navalnının zəhərlənməsi və həbsinə görə ittiham edir.

İyulda ABŞ-ın diplomatik missiyaları əməkdaşlarını ixtisar etməli olub. Rusiya Birləşmiş Ştatların yerli sakinləri işə götürməsini yasaqlayıb. Vladivostok və Yekaterinburqda konsulluqlar bağlanıb və hazırda Moskvadakı səfirlik ABŞ-ın bu ölkədəki yeganə missiyasıdır.

Vaşinqton rusiyalı diplomatları qovandan sonra Rusiya da ABŞ missiyalarının qeyri-amerikalı işçi götürməsini qadağan etdi.

2017-ci ildə ABŞ-ın Rusiyada 1200 diplomatı vardı, indi onların sayı 120-yə düşüb. Rusiyanın isə ABŞ-da, BMT-dəki missiya daxil, 400 akkreditə olunmuş diplomatı var. (azadliq.org)

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"