Ermənistanın BMT-də İlham Əliyevin təşəbbüsünü əngəlləməyə yönələn uğursuz cəhdləri

17 sentyabr, 2020 13:18

Ermənistan BMT-də Azərbaycan prezidenti İlham Əliyevin koronavirusla mübarizəyə dair beynəlxalq səviyyədə səyləri birləşdirməyə yönəlmiş təşəbbüsünü-BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına həsr edilmiş xüsusi sessiyasının çağırılmasını əngəlləmək üçün uğursuz cəhdlər göstərir. Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan əvvəlcə Türkiyə nümayəndəsinin xüsusi sessiyanın prezidenti seçilməsini əngəlləməyə çalışıb. Bu baş tutmayanda isə xüsusi sessiyanın çağırılmasına dair qətnamədə Azərbaycan prezidentinin təşəbbüsünün əhəmiyyətini aşağı salmağa yönəlmiş dəyişikliyə nail olmaq üçün çabalayır.

Məlum olduğu kimi, Azərbaycan  Prezidenti, Qoşulmama Hərəkatına sədrlik edən İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına həsr edilən xüsusi sessiyası 2020-ci il iyulun 10-dan etibarən rəsmən öz işinə başlayıb. Həmin tarixdən etibarən ilk addımlardan biri kimi  xüsusi sessiyanın prosedur tipli məsələləri müzakirə edilib və artıq bəzi qərarlar qəbul olunub.

Daha sonra, sentyabrın 14-də BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti, Türkiyəni təmsil edən  Volkan Bozkır həmçinin xüsusi sessiyanın da prezidenti seçilib. Onunla yanaşı xüsusi sessiyanın digər rəsmiləri də səsvermə yolu ilə müəyyən ediliblər. 

BMT-dəki mövcud təcrübəyə əsasən adətən sessiyaların sədrinin seçilməsinə dair prosedur xarakterli qərarlar hamılıqla, ümumi razılıq əsasında verilir. Lakin bütün mümkün vasitələrlə xüsusi sessiyaya, Azərbaycan və Türkiyəyə zərbə vurmağa çalışan Ermənistan bu məsələdə də özünün çirkin, antibəşəri sifətini ortaya qoyub. Ermənistan nümayəndəsi V.Bozkırın xüsusi sessiyanın prezidenti seçilməsi məsələsini ayrıca səsverməyə çıxarıb.

Volkan Bozkır

Qeyd edək ki, Ermənistan daha əvvəl Bozkırın BMT Baş Assambleyasının prezidenti seçilməsini də əngəlləməyə çalışmışdı, bu məsələni səsverməyə çıxarmışdı, amma məğlub olmuşdu. İndi Bozkır məsələsində Ermənistan yenidən məğlub olub-bu ölkənin etirazına baxmayaraq Türkiyə nümayəndəsi xüsusi sessiyanın prezidenti vəzifəsinə də seçilib.

Hazırda Nyu-Yorkda xüsusi sessiyanın keçirilmə qaydaları və təşkilatı məsələlərinə dair qətnamə layihəsi ətrafında BMT üzv dövlətləri arasında qızğın müzakirələr davam edir. Belə ki, xüsusi sessiya indiki pandemiya dövrünün şərtlərinə uyğun olaraq videokonfrans formatında keçirilməlidir. Baş Assambleyanın videokonfrans formatında sessiyasının keçirilməsi qaydalarını müəyyən etmək üçün xüsusi qətnamənin çıxarılması zərurəti yaranıb.

Qətnamə layihəsində xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələrinin ilkin olaraq 5-6 noyabr tarixində keçirilməsi qeyd olunur. Lakin yekun tarix dövlətlər arasında gedən müzakirələrin nəticəsindən asılı olacaq. 

Ermənistan isə bu dəfə xüsusi sessiyanın əhəmiyyətini azaltmaq və beləliklə də Azərbaycan prezidentinin qlobal təhlükəyə qarşı səylərin birləşdirilməsinə yönəlmiş mühüm təşəbbüsünü zədələmək üçün yeni məkrli, çirkin cəhdlər edir. Düşmən ölkənin nümayəndəsi həmin qətnamə layihəsindən “dövlət və hökumət başçıları səviyyəsində” ifadəsini çıxarmağa cəhd göstərir. 

Qeyd etmək lazımdır ki, Azərbaycan prezidentinin təşəbbüsü hansısa siyasi maraqlar güdmürdü və Bakının mənafelərini təmin etməyə deyil, o cümlədən Ermənistanı da bürümüş ölümcül virusla mübarizədə dünya dövlətlərinin birgə mübarizəsinə hesablanıb.  Bu baxımdan hər yüz min nəfərə düşən yoluxma sayına görə Avropada lider olan Ermənistan məntiqlə belə təşəbbüslərə dəstək verməliydi. Lakin Ermənistan üçün öz məkrli maraqları, niyyətləri həmişə qlobal, bəşəri dəyərlər və maraqlardan öndə gəlir. Bütün dünya öz diqqətini pandemiya ilə mübarizəyə cəmləşdirdiyi halda, Ermənistan Azərbaycanın artıq BMT tərəfindən qəbul edilmiş təşəbbüsünə qarşı çıxmaqla məşğuldur.

Əlbəttə, beynəlxalq ictimaiyyət, BMT üzv dövlətləri də bunu dərk etməmiş deyil. Bu baxımdan BMT dəhlizlərində Ermənistan nümayəndələrinin Azərbaycanın qlobal bioloji təhdidlə birgə mübarizəyə yönəlmiş təşəbbüsünü əngəlləmək, onun əhəmiyyətini azaltmaq yönündəki cəhdləri təəcüb, eyni zamanda istehza doğurur.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI