Natiq Cəfərli ilə Tofiq Yaqublu arasında növbəti gərginlik...

03 dekabr, 2021 14:21

Milli Şuranın üzvü Tofiq Yaqublunun dekabrın 1-də bir neçə gündür ki, cəzaçəkmə müəssisəsində aclıq aksiyası həyata keçirən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin həbsdən azad edilməsi ilə bağlı təşkil edilən aksiyada döyülməsi ətrafında müzakirələr səngimir. 

Bəzi siyasətçilər Yaqublunun döyülməsinin təxribat olduğunu, digərləri isə qəsdən həyata keçirildiyini iddia edirlər. Elə bu mövzuda aparılan müzakirələrə REAL Partiyası da biganə qalmayıb. Belə ki, aparılan müzakirələr hər iki siyasətçini üz-üzə qoyub.

Partiyanın icra katibi Natiq Cəfərli status yazaraq Tofiq Yaqubluya qarşı edilən cinayətin dövlət adına ləkə olduğunu vurğulayıb:

“Hakimiyyətin ağıllı siyasəti olsa, bunu özü araşdırar, aksiyanın bütün "kodlarını" açar, cəzasını kəsər, amma etməyəcəklər. Çünki, həqiqət üzə çıxsa, çox adamlar şok olar, "poqonlara" bu sərf etməz, hər dəfə səmimi insan olan, amma heç vaxt siyasətçi olmayan Tofiq bəydən, onun mübarizliyindən istifadə edənlərin də iç üzü açılar”.

N.Cəfərlinin sözügedən statusunda Tofiq Yaqublunun siyasətçi olmadığını deməsi isə sosial şəbəkədə gedən müzakirələri daha da dərinləşdirib. Bu fikrinə görə, REAL üzvü sərt tənqidə məruz qalıb. Bildirilib ki, etiraz aksiyası keçirmək vətəndaşların qanunla təsbit edilmiş haqqıdır. 

Daha sonra isə N.Cəfərli partiyanın deputatı Erkin Qədirlinin Tofiq Yaqublu ilə telefonla danışdığını, hüquqi və digər məsələlərdə ona dəstək olacağını deyib: "Erkin Qədirli ilə Tofiq Yaqublu mədəni söhbət aparıb. Tofiq Yaqublu ona təşəkkür edib".

Günün ikinci yarısında isə Tofiq Yaqublu onun döyülməsi ətrafında baş verən siyasi müzakirələrə laqeyd qalmayıb. O, sosial şəbəkə hesabında N.Cəfərlinin onun döyülməsi faktına sərgilədiyi münasibəti qınayıb. Onu siyasətçi adlandırmamasının özünə qarşı aşağılayıcı mövqe olduğunu vurğulayıb. 

N.Cəfərli isə son olaraq bu mövzuda  status paylaşaraq sözügedən fikirlərinə görə onun qəsdən AXCP rəhbərliyinin göstərişi ilə sosial şəbəkədə söyüldüyünü bildirib. Buna görə qəzəblənən Cəfərli həmin şəxslərə son xəbərdarlığını edib: “Son kəs xəbərdarlıq edirəm, ailəmi, anamı söydürəcək qədər alçalmayın!”.  Daha sonra isə onu təhqir edənlərin statuslarının şəklini paylaşıb. 

Xatırladaq ki, T.Yaqublunun döyülməsi barədə Daxili İşlər Nazirliyi dekabrın 1-də məlumat yayıb. Bildirilir ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır:"Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq".

Bu gün isə T. Yaqublu ifadə vermək üçün Səbail Rayon Prokurorluğuna dəvət edilib. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"