XİN rəhbərləri arasında gərginlik - - Dialoqu qarşılıqlı ittihamlar əvəzləyib

03 dekabr, 2021 17:06

İsveçin paytaxtı Stokholm şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin 28-ci iclası başlayıb.

Görüşdə iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, ATƏT münaqişədən sonrakı bərpa işlərinə töhfə verə bilər: “Biz ATƏT-ə əməkdaşlıq təklif etmişik və hələ də cavab gözləyirik. Eyni zamanda münaqişənin başa çatması həm Ermənistan, həm də Azərbaycan üçün bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərini tanımaları və hörmət etmələri üçün unikal imkan yaradıb”.

Nazirin sözlərinə görə, Bakının münaqişədən sonra bu istiqamətdə bir sıra praktik addımlar atmasına baxmayaraq, Ermənistan hələ də bu məsələyə münasibət bildirməyib.

Ceyhun Bayramov deyib ki, Ermənistan 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərinə əməl etməli və özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır.

Regionda bütün kommunikasiyaların blokdan çıxarılması məsələsinə toxunan nazir deyib ki, bu, tərəflər arasında etimadın bərpasına kömək edərdi: “Zəngəzur dəhlizinin yubadılmadan realizə olunması təkcə Azərbaycan və Naxçıvan arasında adamların və nəqliyyat vasitələrinin maneəsiz hərəkəti üçün yox, həm də Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqəsinin bərpası üçün zəruridir”.

Bayramov habelə bildirib ki, Ermənistan minalanmış ərazilərin dəqiq və tam xəritələrini hələ də verməyib və bu, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsinə, məcburi köçkünlərin yurdlarına qayıtmasına maneə yaradır.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan hazırda dünyanın ən çox minalanmış ölkələrindən biridir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə iddia edib ki, Azərbaycanın "təcavüzündən" sonra Qarabağda və Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır.

Mirzoyan həyasızcasına Azərbaycanı 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərini pozmaqda itiham edib.

Nazir bildirib ki, Azərbaycan nəinki onda olan “əsirləri” qaytarmır, üstəlik yeni “əsirlər” götürməyə çalışır.

Ararat Mirzoyan ümid etdiyini bildirib ki, ötən həftə Soçidə keçirilən üçtərəfli danışıqlarda əldə olunmuş razılaşmalar gərginliyin aradan qaldırılmasına imkan verəcək: “Sülh bütün tərəflərin razılığını tələb edir. Ermənistan Cənubi Qafqazda uzunmüddətli və stabil sülhə nail olmaq istəyir və danışıqlara hazırdır. Azərbaycan sülh prosesinin bərpasına nə qədər tez razılaşsa, bizim regionda hərtəfəli və uzunmüddətli tənzimləmənin əldə edilməsi üçün bir o qədər çox imkanlar olacaq”.

Erməni nazir yenə də Qarabağda qalan ermənilərin “statusundan” danışıb, köçkün düşən ermənilərin təhlükəsiz və ləyaqətli bir şəkildə əraziyə qaytarılmasının əsas məsələlərdən biri olduğunu iddia edib.

Ararat Mirzoyan deyib ki, Ermənistan Minsk qrupu həmsədrlərinin mandatı çərçivəsində sülh prosesinə sadiq qalır(azpolitika.info).

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"