Paşinyan yeni sənədin imzalanmasına hazırlaşır - Bu məqsədlə yeni "hiyləgər model" tapıb

03 dekabr, 2021 22:36

Belə anlaşılır ki, sərhədlərin delimitasiya və demarkasiyası üzrə yaradılacaq işçi qrupun fəaliyyəti olduqca önəmli proseslərə səbəb ola bilər. Hətta Ermənistan baş naziri Nikol Paşinyan belə, bundan sonrakı proseslərin siyasi məsuliyyətini təkbaşına öz üzərinə götürməkdən çəkinir. Ona görə də, baş nazirin müavini Mqer Qriqoryanı, ya da müdafiə naziri Suren Papikyanı cavabdeh olduqları sahələri əhatə edən bəzi sənədlərin imzalanmasına yönəltməklə, məsuliyyəti öz siyasi komandasının üzvləri ilə bölüşməyə çalışır. Bu baxımdan, yeni yaradılacaq işçi qrupun fəaliyyəti nəticəsində hansı istiqmətlər üzrə yeni sənədlərin imzalana biləcəyi maraq doğurur.

Əslində, bəzi rəsmi açıqlamalara dayanaraq, həmin sənədlərin təxmini məzmununu ehtimal etmək də olar. Belə ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən toplantısında Ermənistanı üçtərəfli anlaşmalar əsasında üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmaqda ittiham edib: “Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı yerinə yetirməlidir və öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxartmalıdır”.

Bu açıqlamadan belə nəticə çıxartmaq olar ki, Rusiya sülhməramlı qüvvələrin müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi və ətraf bölgəsində darmadağın edilmiş Ermənistan ordusunun tör-töküntülərinin hələ də qalması rəsmi Bakının səbrini tükəndirmək üzrədir. Rəsmi Bakı artıq bu qeyri-qanuni erməni terror dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasında israrlı mövqe tutmağa başlayıb. Xüsusilə də son vaxtlar həmin erməni terrorçu dəstələrin müxtəlif təxribatlar törətməsi bu məsələnin ən qısa zaman ərazində həllinin vacibliyini aktuallaşdırır. Və rəsmi Bakı bundan sonra belə bir problemin Azərbaycan ərazisində olmasını qətiyyən istəmir.

Ona görə də hesab etmək olar ki, rəsmi Bakı bu məsələdə prinsipial mövqe tutmaq niyyətindədir. Bu baxımdan, darmadağın edilmiş Ermənistan ordusunun tör-töküntülərinin Azərbaycan ərazisindən çıxarılması əsas müzakirə mövzusuna çevrilə bilər. Və bu məsələ ilə bağlı əlavə konkret müddətin dəqiqləşdirilməsinə yönəlik sənədin imzalana biləcəyi də qətiyyən istisna deyil.

Bu haldasa, Ermənistan baş naziri N.Paşinyanın köməyinə müdafiə naziri Suren Papikyan çatmalı olacaq. Yəni, Ermənistan ordusunun Azərbaycan ərazisindən tamamilə çıxarılmasını nəzərdə tutan sənədi məhz müdafiə naziri Suren Papikyan imzalamalı olacaq. Və bununla da, siyasi məsuliyyət baş nazir N.Paşinyandan yayınıb, məhz müdafiə nazirinin üzərində qalacaq.

Eyni zamanda, baş nazirin müavini Mqer Qriqoryan da siyasi məsuliyyətin bölüşdürülməsində baş nazir N.Paşinyana dəstək vermək məcburiyyətində qalacaq. Məsələn, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında gecikmələrə son qoyulmalıdır. Və hər kəsə aydındır ki, bu gecikmələrin yeganə günahkarı məhz Ermənistandır.

Deməli, bu, o deməkdir ki, yaxın vaxtlarda bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı da müəyyən sənədlər imzalana bilər. Həmin sənədlərə isə baş nazir N.Paşinyan deyil, onun müavini Mqer Qriqoryan imza atmalı olacaq. Bununla da, erməni baş nazir əldə olunmuş yeni anlaşmanın Ermənistan cəmiyyətində narazılıq doğura biləcək məqamları ilə bağlı öz yaxasını siyasi məsuliyyətdən kənara çəkmək şansı qazanacaq.

Göründüyü kimi, erməni baş nazir hər ehtimala qarşı özünü sığortalamağın uyğun modelini yaratmağa başlayıb. Belə anlaşılır ki, o, bütün siyasi məsuliyyət yükünü təkbaşına çəkmək istəmir. Ermənistanın düşdüyü durumla bağlı qəbul ediləcək prinsipial qərarlara öz siyasi komandasının üzvlərini də ortaq etmək niyyətindədir. Yəni, erməni baş nazir yalnız özünün deyil, həm də hakimiyyətin digər üzvlərinin də Ermənistan cəmiyyətinin hədəfində olmasında birbaşa maraqlıdır.

Məsələ ondadır ki, bu, ona həlledici məqamda siyasi komandasının Ermənistan cəmiyyətində qəzəbə hədəf olmuş üzvünü qurban verməklə, üzləşə biləcəyi təzyiqləri nisbətən zəiflətmək imkanı verə bilər. Nəticədə öz hakimiyyətini daha təhlükəli siyasi zərbələrdən qorumaq üçün əlavə vaxt qazanmış olar. Bu baxımdan, yaxın vaxtlarda regionda olduqca maraqlı proseslərin başlayacağını ehtimal etmək mümkündür.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"