Rusiyanın Ermənistandakı səfiri geri çağırıla bilər

04 dekabr, 2021 11:02

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yaxın vaxtlarda geri çağırılacaq.

“News.am” xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazıb. Nəşrin yazdığına görə, diplomatın fəaliyyəti ilə bağlı müəyyən narazılıqlar var.

Qeyd edək ki, S.Kopırkin 2018-ci ilin aprelində bu vəzifəyə təyin olunub və fəaliyyət müddətinin bitməsinə az qalıb.