Qoşunlar sərhədboyu 4 istiqamətdə cəmləşdirilib, hədəf paytaxtı tutmaqdır - Milyonlarla qaçqın barədə xəbərdarlıq

05 dekabr, 2021 12:30

ABŞ prezidenti Cozef Baydenin administrasiyası Kremlin Ukraynaya hərbi müdaxilə niyyətləri barədə siqnallara “çox ciddi” yanaşır və bu siqnalları blef hesab etmir. Bu haqda Pentaqonun yüksək vəzifəli nümayəndəsi ötən gün dekabrın 4-də “Fox News” telekanalına deyib. Mənbə təsdiq edib ki, Rusiya hazırda Ukrayna ilə sərhəddə 100 minə qədər hərbçi cəmləşdirib.

Xatırladaq ki, bundan əvvəl “The Washington Post” nəşri Rusiyanın Ukraynaya hücum xəritəsini dərc edib. Qəzet ABŞ kəşfiyyatının məxfi olmayan məlumatlarına istinadən yazıb ki, Moskva hücuma 100 batalyon-taktiki qruplaşma və ya 175 min hərbçi cəlb etməyi planlaşdırır. ABŞ administrasiyasının nümayəndəsi anonimlik şərti ilə bildirib ki, Ukrayna sərhədlərindəki cəmləşmənin miqyası bu ilin yazında müşahidə edilən cəmləşmənin miqyasından iki dəfə böyükdür.

Qəzetin əldə etdiyi peyk fotolarından görünür ki, Rusiya qoşunları Ukrayna sərhədləri boyu 4 istiqamətdə cəmləşdirilir. Sənədlərə əsasən hazırda 50 batalyon-taktiki qruplaşma cəmləşdirilib və döyüşə hazır vəziyyətdə gözləyir, eyni zamanda cəmləşmə rayonlarına yeni tank və artilleriya bölmələri gedir.

ABŞ-ın kəşfiyyat rəsmiləri peyk fotolarının analizi əsasında bu qənaətə gəliblər ki, hücum 2022-ci il yanvarın sonlarında-fevralın əvvəllərində başlaya bilər. Birinci mərhələdə Ukrayna ərazisinə cənubdan daxil olmaq planlaşdırılır. İnformasiyalı mənbələr dəqiqləşdiriblər ki, bu hücumda məqsəd Rusiyanın ilhaq etdiyi Krıma təchizatı təmin etmək və Ukraynanın dənizlə əlaqəsini kəsməkdir.

Buna paralel olaraq Moskva tank hissələri ilə Luqansk və Xarkov vilayətlərinə daxil olmaq, oradan ölkənin şimal-şərqindəki Dnepr və Poltava şəhərlərinə doğru hərəkət etmək niyyətindədir. Dəqiqləşdirilir ki, ilk növbədə iri şəhərlərdə elektrik və qaz kəsiləcək, ərzaq təchizatı dayandırılacaq. NATO strateqlərinin hesablamalarına əsasən üçüncü mərhələdə Rusiya qoşunları şimal istiqamətindən paytaxt Kiyevə hücum edəcək. Bu mərhələdə Kiyevin kapitulyasiyası nəzərdə tutulur və Rusiya orada özünün marionet hökumətini quracaq.

“Forbes” jurnalı isə bildirir ki, Rusiyanın Ukrayna sərhədləri yaxınlığındakı aviabazalarında 500-dən artıq müxtəlif tipli qırıcılar və döyüş təyyarələri cəmləşdirilib. “Ən təhlükəli ssenarilərdən biri budur ki, Rusiya 500-ə qədər təyyarənin cəlb olunduğu məqsədli aviaqruplar yarada bilər. Müharibə zamanı Rusiyanın Hava Kosmik Qüvvələri bu qədər sayda təyyarənin köməyi ilə cəmi üç irimiqyaslı hava hücumu həyata keçirməklə Ukrayna ordusunu məhv edə bilərdi”, - məlumatda bildirilir.

Bir-birinin ardınca gələn bu məlumatlar və xəbərdarlıqlar vəziyyətin kifayət qədər dramatik olduğunu göstərir. Belə vəziyyətdə Ukraynanın müdafiə naziri Aleksey Reznikov xəbərdarlıq edib ki, Rusiyanın hərbi müdaxiləsini Avropanı milyonlarla qaçqınla üz-üzə qoyacaq.

“Ukraynadakı böyük müharibə bütün Avropanı böhrana düçar edəcək. Rusiyanın müdaxiləsindən xilas olmağa çalışan 3 milyondan 5 milyona qədər ukraynalı qaçqının qəfildən Avropa sərhədlərində peyda olması çoxsaylı ciddi problemlərdən biri olacaq”,-o deyib. Habelə o, Ukraynadan təchizatın kəsilməsi nəticəsində Avropada ərzaq böhranının da yaranacağını deyib.

Reznikov habelə qeyd edib ki, Rusiya ilə müharibə beynəlxalq düzəni tamamilə alt-üst edəcək və yeni qlobal qeyri-stabillik erasını başladacaq. “Ortada müstəqil Ukraynanın taleyindən daha ciddi məsələ dayanır” ,- o deyib.

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"