"Ermənilər bir azərbaycanlının boğazını kəsmişdilər, digərinin qarnını yarmışdılar..." - Tomas Qolts

06 dekabr, 2021 12:55

Azərbaycan 30 il ərzində işğal altında olan ərazilərini azad edəndən sonra tədqiqatçılar 1988-1994-cü illərdəki münaqişə zamanı itkin düşmüş hesab edilən 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı informasiyalar əldə etməyə çalışırlar.

“Eurasia Review” yazır ki, 1994-cü ildə amerikalı hərbi jurnalist Tomas Qolts ermənilərin əsir və girov götürdükləri azərbaycanlıları evlərində qul kimi işlətdiklərini yazırdı. Əsirləri hərdən ərzağa, yanacağa, hətta öldürülən ermənilərin meyitlərinə dəyişdirirdilər. Onları bir çox hallarda qətlə yetirirdilər və meyitlərini təhqir edirdilər.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan beynəlxalq insan haqları təşkilatlarının Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfindəmn Cenevrə konvensiyasının tələblərinin pozulmasına dair sorğusuna cavab verməyib, iddia edib ki, onun ölkəsi bu münaqişənin tərəfi deyildi. Baxmayaraq ki, Ermənistanın Qarabağ separatçılarına dəstəyinə dair çoxsaylı dəlillər-sübutlar təqdim olunmuşdu.

Əsirlərə qarşı vəhşilik hallarından biri Yerevdanda 8 azərbaycanlı əsirə qarşı baş vermişdi. Beynəlxalq Qırmızı Xaç məlumat almışdı ki, bu əsirlər “qaçmağa cəhd edərkən” öldürülüblər. Onların meyitləri ölüm səbəbi məlum olmayan daha iki əsgərin meyiti ilə birlikdə Azərbaycana təhvil verilmişdi. Qolts yazır ki, meyitlərin müayinəsi zamanı onların yaxın məsafədən açılan atəşlə öldürüldüyü müəyyən edilmişdi: 6 nəfəri başından güllələmişdilər, birini isə sinəsindən. Daha bir əsirin boğazı kəsilmişdi, iki nəfərin isə qulağını kəsmişdilər. Meyitlərdən birinin isə qarnı yarılmışdı. Meyitlərin müayinəsi üçün Bakıya gedən britaniyalı məhkəmə-tibb ekspertinin rəyinə görə belə yaralar “qaçmağa cəhd edərkən” güllələnən şəxslərdə ola bilməzdi. Müvafiq sübutlar təqdim ediləndən sonra Ermənistanda iddia etmişdilər ki, əsirlər “kütləvi şəkildə intihar ediblər”, görəndə ki, qaçmaq cəhdləri alınmayıb, mühafizəçinin tapançasını əlindən alaraq özlərini güllələyiblər.

Ermənilər tərəfindən törədilən cinayətlərin əksəriyyətinə o zaman Qərb siyasətçiləri, KİV-ləri və ekspertləri heç bir əhəmiyyət vermirdi. “The Washington Post” yazırdı ki, ATƏT komissiyasının üzvlərindən birindən azərbaycanlı əsirlərin öldürülməsi barədə soruşanda o deyib: “Ölü azərbaycanlılara görə səs-küy qaldırmaq Vaşinqtondakı siyasətçilərə sərfəli deyil”.

Tomas Qolts yazır ki, ABŞ azərbaycanlıların əsirlikdə öldürülməsinə heç məhəl qoymaq niyyətində deyildi, onlar Rusiya ilə birlikdə Ermənistanın tərəfində idilər. Xüsusən də ABŞ və Fransadakı güclü erməni lobbisi KİV-lərə, Qərb hökumətlərinə təsir göstərirdilər, insan haqlarına dair ancaq öz mövqelərini yeridirdilər və günahı Azərbaycanın üzərinə atırdılar. Ona görə də birinci Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən azərbaycanlı əsirlərə qarşı törədilmiş cinayətlərə dair qərb KİV-lərində məqalə tapmaq olduqca çətindir.

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"