"Ermənilər özbaşına deyillər ki, istədikləri vaxt Qarabağa gəlib-getsinlər" - Zərdüşt Əlizadə

06 dekabr, 2021 13:45

Azərbaycan və Ermənistan XİN başçılarının Stokholmda planlaşdırılan görüşü baş tutmayıb. Daha doğrusu, Ermənistan parlamentarilərinin Azərbaycan ərazisinə qanunsuz səfərinə etiraz edən rəsmi Bakı Ermənistan tərəfi ilə bir masa arxasında oturmaqdan imtina edir.

"Azsiyaset" xəbər verir ki, yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib ki, hər iki tərəf öz diplomatik siyasi oyununu həyata keçirir:

“Azərbaycan tərəfi bu addımın ona xeyr gətirəcəyini hesab edib, bu onun hesablamalarıdır. Erməni tərəfinin buna necə reaksiya verəcəyi, hansı nəticə çıxaracağı və ya hansı addımı atacaq bilinmir. Diplomatik çəkişmələr müsbət nəticənin əldə edilməsinə xidmət etmir, əksinə, ziddiyyətləri dərinləşdirir. Bu, ötəri bir hadisədir. Azərbaycan və Ermənistan barışıq və ziddiyyətli məsələlərin ümumi həlli kimi nəticələrini göstərməyəcəklər”.

Politoloqun sözlərinə görə, tərəflər mütləq görüşüb, barışmalıdırlar:

“Çünki 1 il öncəki qanlı müharibə minlərlə insanın ölümü ilə nəticələnib. İndi əks istiqamətdə hərəkət başlanılıb. Əlbəttə, tərəflər bir-birindən narazıdır. Müxtəlif hadisələrə fərqli baxışlar var. Lakin onlar mütləq görüşüb, barışmalıdırlar. Burada heç bir faciə yoxdur”.

Z.Əlizadə qeyd edib ki, Azərbaycan bu məsələni Rusiya ilə həll etməlidir:

“Azərbaycan bu məsələni Rusiya ilə həll etməlidir. Ermənistan ilə deyil. Çünki Laçın dəhlizinin işləməsinə Rusiya sülhməramlıları, prezidenti, xarici işlər naziri, müdafiə naziri nəzarət edir. Rusiya ilə bu məsələni danışmalıyıq, razılaşdırmalıyıq. Bu, Ermənistandan asılı bir şey deyil. Ruslarla danışıb hansısa yeni qaydalar tətbiq etsək, vəziyyətin dəyişdiyini göstərərik. Qarabağla Ermənistan arasındakı ünsiyyətə Rusiya və Azərbaycan nəzarət edir. Yoxsa ermənilər özbaşına deyillər ki, istədikləri vaxt Qarabağa gəlib-getsinlər”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"