"Azərbaycan ilə imzalanan müqavilə..." - İranlı nazir

07 dekabr, 2021 10:47

"İran Azərbaycan Respublikası və digər qonşu dövlətlərlə münasibətləri inkişaf etdirmək üçün nəqliyyat diplomatiyasını işə salıb".

IRNA xəbər verir ki, bunu İslam Respublikasının yollar və şəhərsalma naziri Rüstəm Qasemi bildirib.

Onun sözlərinə görə, son 2 ayda aparılan danışıqlar və əldə edilən razılaşmalar ölkənin tranzit vəziyyətini dəyişib.

O əlavə edib: "Bu müddət ərzində Pakistan, Qırğızıstan, Türkmənistan və Azərbaycan Respublikası ilə yaxşı müqavilələr imzalanıb və ölkədə tranzitin genişləndirilməsi üçün nəqliyyat diplomatiyasından istifadə edə bilmişik".