"İŞİD-i ABŞ yaradıb" - İran prezidenti

07 dekabr, 2021 12:32

İran Prezidenti İbrahim Rəisi terror qruplaşması İŞİD-in ABŞ tərəfindən qurulduğunu iddia edib.

Rəisi Tehrana səfər edən Əsəd rejiminin xarici işlər naziri Feysəl Mikdad ilə görüşündə bu barədə danışıb.

Rəisi görüşdə ABŞ-ın bölgədəki varlığınından danışıb.

"İŞİD-i ABŞ yaradıb. Bölgədə ABŞ və İŞİD-ə harada rast gəlinirsə, oradakı insanlar təhlükəsizlik və sabitlik baxımından böyük zərərlə üzləşirlər”, - Rəisi bildirib.