Ukraynanı nə gözləyir, müharibə olacaqmı? - Kiyevdən baxış

07 dekabr, 2021 23:11

Ukrayna ictimaiyyəti Qərb kütləvi informasiya vasitələrinin nəşrləri və Rusiya da daxil olmaqla, siyasətçilərin, hərbçilərin və ekspertlərin qarşıdakı müharibə barədə bəyanatları fonunda gərgin vəziyyətdə gözləmədədir. Sıravi vətəndaşlar bunu ciddi qəbul etmirlər və Rusiya ilə genişmiqyaslı müharibəyə inanmırlar, digər bir hissə - siyasətçilər və hərbçilər gələn ilin əvvəlində Rusiyanın təcavüzünü mümkün hesab edirlər. Bu barədə ukraynalı siyasi icmalçı və jurnalist Roman Çaykovski Turan-a müsahibəsində bildirib.

"Sadə xalq vəziyyəti lazımınca qiymətləndirmir. Bunu adekvat qəbul etmək lazımdır, səhv baha başa gələ bilər. Lakin hökumət və parlamentin böyük hissəsi təhlükəni dərk edirlər", -  ekspert qeyd edib.

Ukrayna ordusunun vəziyyəti və silahlanması  barədə sualın cavabında Çaykovski deyib ki, ordu kifayət qədər güclüdür və Krımın itirilməsindən sonra vaxt hədər yerə getməyib. "Hərbçilər deyirlər ki, biz təcavüzü dəf etməyə hazırıq", - o qeyd edib.

Eyni zamanda əgər bütün sərhəd boyunca raket silahlarından və bombardmanlardan istifadə edilməklə genişmiqyaslı təcavüz olarsa, qarşı durmaq çətin olacaq. "Ancaq Moskvada başa düşməlidirlər ki, Ukrayna ərazisində altı atom stansiyası var. Onlardan biri belə bombalansa nə baş verər? Bu, təkcə Ukraynaya yox, Rusiyanın özünə və bütün Avropaya böyük ziyan vuracaq", -  Çaykovski deyib.

Kiyevdə hesab edirlər ki, gözlənilmədən Rusiyanın hərbi müttəfiqinə çevrilən Lukaşenkonun mövqeyi də müəyyən dərəcədə mənfi rol oynayıb. Müharibə olarsa, Belarus sərhəddindən də hücum gözləmək lazımdır

“Rusiyanın məqsədi nədir?” sualının cavabında şərhçi deyib ki, Putin bu və ya digər səviyyədə SSRİ-ni yenidən yaratmaq məqsədini gizlətmir. "Bu, Ukraynasız mümkün deyil, hətta Rusiya digərlərini birləşdirsə belə, orada azlıq olacaq, bu isə Moskvada elan edilmiş "Rus dünyası" ideyasına ziddir", -  Çaykovski deyib.

“Rusiya Kiyevdən Krım və Donbasın itirilməsini etiraf etməyi tələb edərək müharibə ilə şantaj edir” fikirləri nə dərəcədə doğrudur? Bu sualın cavabında Çaykovski deyib ki, bu, mümkün ssenarilərdən biridir.  O, Kremlin böyük dövlət kimi dünyada öz çəkisini və rolunu gücləndirməyə can atdığını istisna etmir.

Daha bir ssenari Kiyevi Qərbdən üz döndərməyə, Avropa İttifaqı və NATO-ya can atmaqdan imtina etməyə məcbur etməkdir. Son zamanlar Ukrayna cəmiyyətinin bir hissəsi Moskvanın bu məsələdə narazılığını nəzərə almağın tərəfdarıdır.

"Lakin cəmiyyətin böyük hissəsi Avropa İttifaqı və NATO ilə yaxınlaşma kursunun dəyişməz qalmasına tərəfdardır. Bu əhval-ruhiyyə bundan sonra da qalacaqmı? Bu, bir çox halda Putin-Bayden görüşünün nəticələrindən və kollektiv Qərbin gələcək addımlarından asılı olacaq", - Çaykovski vurğulayıb.

Amma Ukrayna hakimiyyətinin Moskvanın şantajına güzəştə gedəcəyini və Qərbdən üz döndərəcəyini güman etsək belə, bu, Ukrayna daxilində sabitliyi pozacaq, şərhçi hesab edir.

Çaykovski Qərbin mövqeyilə bağlı sualın cavabında deyib ki, heç kim illüziyalara qapılmır, lakin Ukraynada Qərbin siyasi və qismən hərbi dəstəyinə inanırlar. Bu, ilk növbədə Amerikaya aiddir. "Biz başa düşürük ki, NATO bizim yerimizə savaşmayacaq, amma 2014-cü ildə Krımda bizimlə baş verənlər bir daha olmayacaq.

Onu da başa düşürük ki, Rusiyada imperiya əhval-ruhiyyəsi üstünlük təşkil edir və bu ölkə hər zaman aqressiya mənbəyi olacaq və mümkün olan hər şeyi ələ keçirməyə çalışacaq. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu dövlətin təbiəti belədir", - Roman Çaykovski fikrini yekunlaşdırıb. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"