Prezidentlər danışdılar, amma müharibə təhlükəsi ciddi olaraq qalır - Hava hücumundan müdafiə qurulur

08 dekabr, 2021 09:40

ABŞ və Rusiya prezidentləri arasında ötən gün videorabitə vasitəsilə keçirilmiş kritik danışıqlardan sonra bütün nəzərlər Ukrayna ətrafına cəmləşdirilmiş Rusiya ordu qruplaşmalarının hərəkətinə yönəlib. Belə ki, Co Baydenlə Vladimir Putin arasında danışıqların əsas mövzusu Ukrayna ətrafındakı kritik situasiya barədə idi və bu baxımdan tərəflər arasında gərginliyin yumşaldılmasına dair hansısa sövdələşmə olubsa qoşunların ən azından qismən sərhəddən geri çəkilməsi baş verməlidir. Hələlik isə bunun əlamətləri görünmür və belə görünür ki, tərəflər hansısa ciddi anlaşma əldə etməyiblər.

Danışıqlar barədə Kremlin yaydığı məlumatda deyilirdi ki, prezidentlər “İkinci Dünya müharibəsi illərindəki müttəfiqlik münasibətlərini” yada salıblar. Və 2 saatlıq danışıqların əsas hissəsi “Ukraynadaxili böhranla bağlı problem” olub. Putin Kiyevin “destruktiv xətt” yürütdüyünü bildirib, eyni zamanda NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair möhkəm təminat tələb edib. Bildirib ki, alyans “Ukrayna ərazilərini mənimsəmək üçün” təhlükəli cəhdlər edir, o cümlədən Rusiya ilə sərhəd boyu hücum silahları yerləşdirir.

Ağ evin yaydığı məlumatda isə deyilir ki, prezident Bayden Rusiyanın Ukrayna sərhədləri boyu hərbi fəallığından narahatlıq bildirib. Əlavə edib ki, baş verənlər Avropanı da həyacanlandırır. “Bayden aydın şəkildə mesaj verib ki, Birləşmiş Ştatlar və müttəfiqləri hərbi eskalasiya baş verərsə buna qarşı qətiyyətli iqtisadi və digər tədbirlərlə cavab verəcəklər”,- məlumatda deyilir.

Ağ ev dəqiqləşdirib ki, prezidentlər danışıqların yekunu olaraq  öz komandalarına “tədbirlər görmək” barədə tapşırıq veriblər. Bu da onların hər halda hansısa anlaşma əldə etdiyinə dəlalət edə bilər. Hərçənd bunun əlamətlərini müşahidə etmək üçün hələ tezdir. Eyni zamanda danışıqların ardınca Dövlət Departamenti bəyan edib ki, prezident Bayden NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair Rusiya tərəfinə heç bir təminat verməyib.

Hərbi hazırlıqlar isə davam edir və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bəyan edib ki, iki ölkə prezidentləri arasında aparılmış danışıqlara baxmayaraq Vaşinqtonda Rusiyanın Ukrayna sərhədlərinə yeni ordu birlikləri cəmləşdirmək planları barədə məlumat var. Onun sözlərinə görə, hazırda Rusiya Ukrayna sərhədləri boyu 100 batalyon-taktiki qruplaşması, yaxud 175 minlik canlı qüvvə səfərbər edib. Lakin zərurət yaranarsa bir neçə gün ərzində bu qüvvələr ikiqat artırıla bilər.

Birləşmiş Ştatlar isə gözlənilən Rusiya hərbi müdaxiləsinə qarşı Ukrayna ordusunun müdafiə imkanlarını artırmaq üçün öz mütəxəssislərini göndərməkdə davam edir. Donbassda fəaliyyət göstərən tanınmış ukraynalı könüllü Roman Donik bildirir ki, hava hücumundan müdafiə qüvvələrinin imkanlarını və ehtiyaclarını qiymətləndirmək üçün amerikalı hərbi mütəxəssislər Ukraynaya gəlib. O, habelə ABŞ-ın AN/TPQ kontrbatareya mübarizəsi sistemi yüklənmiş hərbi nəqliyyat təyyarəsinin də Kiyevə endiyini bildirib.  Donik habelə bildirir ki, onun söhbətləşdiyi ukraynalı zabitlərdən biri ABŞ-dan çoxsaylı “Javelin” tank əleyhinə idarəolunan raketlərin də göndərildiyini danışıb. Həmin zabit deyib ki, zərurət yaranarsa “Javelin” raketlərini “qənaət etmədən” tətbiq edəcəklər.

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"