İstanbul prokurorluğu Bayram Məmmədovun ölümü ilə bağlı təhqiqatı tamamladı - Suda boğulduğu təsdiqləndi

08 dekabr, 2021 13:21

İstanbulun Anadolu rayon prokurorluğu azərbaycanlı müxalif fəal Bayram Məmmədovun 2021-ci il mayın 2-də dənizə düşərək boğulması işi üzrə təhqiqatı tamamlayıb. Və onun suda boğulduğu qənaətinə gəlib,  cinayət işinin qaldırılması üçün dəlillər, əsas olmadığından fakt üzrə cinayət işinin qaldırılmamasına qərar verib.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda Türkiyədə fəaliyyət göstərən Çağdaş Hüquqşünaslar Dərnəyinin (ÇHD) İstanbul Şöbəsinin yaydığı açıqlamada bildirilir. Qeyd edilir ki, anarxist Bayram Məmmədovunun ölümünün onun yaxınları və dostları tərəfindən “şübhəli” hesab edildiyini nəzərə alaraq ÇHD İstanbul Şöbəsi İstanbulun Anadolu rayon prokurorluğuna ərizə ilə müraciət edərək işin araşdırılmasını xahiş etmişdi.

Bayram Məmmədov yaşadığı evdən 2021-ci il mayın 2-də çıxıb və geri qayıtmayıb. Dostları onun axtarışına başlayıb və 2 gün sonra B.Məmmədovun Kadıköy sahillərində dənizə düşərək öldüyü, meyitinin İstanbul Ədliyyəsinin morqunda olduğu məlum olub.

ÇHD İstanbul Şöbəsinin müraciəti əsasında İstanbul Anadolu Cümhuriyyət Baş prokurorluğu Bayram Məmmədovun ölümü ilə bağlı təhqiqat başladıb. İndi prokurorluqdan təşkilatın müraciətinə rəsmi cavab göndərilib və orada bildirilir ki, məhkəmə-tibb ekspertizasının 29.11.2021-ci il tarixli rəyi əsasında Bayram Məmmədovun suda boğulma nəticəsində həyatını itirdiyi dəyərləndirilib. Cinayət işinin başlanması üçün dəlil-sübutlar tapılmadığından prokurorluq tərəfindən həmin məhkəmə-tibb ekspertizası rəyi əsasında 7 dekabr 2021-ci il tarixində təhqiqata xitam verilməsi qərara alınıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"