Azərbaycan hakimiyyətində FETO varmı?

18 sentyabr, 2020 12:44

Bu ilin iyul ayında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkə mediasına açıqlamasında bildirmişdi ki, Azərbaycan FETO-ya məxsus bütün qurumları bağlayaraq, Türk xalqına və hökumətinə dəstək nümayiş etdirib. FETO ilə mübarizədə Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirən diplomatın fikirlərində əsaslı məqamlar çoxdur. Həqiqətən də Azərbaycanda FETO-çu məmurlar deşifrə olunaraq vəzifədən çıxarılıblar, onlara məxsus olan təhsil şirkətləri, maliyyə “məntəqələri”, biznes şəbəkələri, eləcə də, media resursları bağlanıb.

Ancaq ölkmizdə FETO ilə mübarizə bu qədər tez baş tutdu və yekunlaşdı? Həbslər, sensasiyalı ittiham aktları olmadan Azərbaycanda FETO-nun kökü necə kəsilib? Söhbət FETO ilə bağlantısı olan iş adamları, təhsil işçiləri, yazıçılar, şairlər, biznesmenlər, jurnalistlər, dövlət strukturlarında çalışan minlərlə məmurlardan və onların “imam”larından gedir.

Dünyanın ən nəhəng dövlətlərindən olan 85 milyonluq Türkiyədə bir gecədə dövlət çevrilişi planını az qala reallaşdıran FETO ölkəmizdə belə tez necə məhv edilib?

Dünyanın ən nəhəng dövlətlərindən olan Türkiyə FETO ilə mübarizəyə illərlə vaxt sərf edibsə, o zaman bütün dünyanı bürüyən FETO-nun ölkəmizdəki bağlantıları, dayaqları Azərbaycanda belə tezliklə necə aradan qaldırılıb, bu şəbəkə necə deşifrə olunub ki, kütləvi həbslər baş verməyib?

Düşünməyə dəyər... Bu mövzuya toxunmağım da təsadüfi deyil. Türkiyədə 2016-cı il 15 iyul hadisələrindən sonra Azərbaycanda da FETO-ya qarşı ciddi hərəkətlilik müşahidə olundu. Həqiqətən də, sanki təqdim olunmuş siyası əsasında FETO-nun görünən resursları – şirkətləri bağlandı, bu təşkilatın təmsilçiləri vəzifələrindən qovuldular.

Ancaq düşünürəm ki, keçən bu müddət ərzində FETO-nun Azərbaycan qanadı vaxt udmaq üçün sadəcə hücrələrinə çəkilib. Elə onlar üçün ən yaxşı taktika bu ola bilərdi.

Apardığım müşahidələr göstərir ki, vaxtilə adları FETO-nun ən üst kataloqunda hallanan şəxslərin, “hücrə” qaimləri və “imam”larının fəaliyyətində bir hərəkətlilik, aktivlik müşahidə olunur. Məsələn, son bir il ərzində FETO-nun ən önəmli adamlarından hesab olunan şəxslərə bağlı olanlar Azərbaycanda ya müxtəlif vəzifələrə təyinat alırlar, ya da yaxınlarını müxtəlif strukturlara yerləşdirirlər. Və bu proses davam edir. Onlar ölkənin siyasi, təhsil və gənclər siyasəti sahəsində ciddi aktivlik qazanıblar. 

Görünən budur ki, FETO Azərbaycanda bu dəfə daha çox gənclər və idman sahəsində, eləcə də, təhsil sferasında ciddi mövqeyə sahib olmaq üçün hərəkətə keçib. Həmçinin, onların ölkənin çoxpartiyalılıq sisteminə “fərqli” düşüncə və adla daxil olmaq cəhdləri də bu sıradadır.

Hələki adları çəkməyi düşünmürəm. Ancaq hesab edirəm ki, FETO Azərbaycanda hərəkətə keçib.

Bəs Azərbaycan hakimiyyəti nə etməlidir?

Ölkəmizdə islahatlar aparılır, yeni siyasi münasibətlər sistemi formalaşır, əksər dövlət strukturları yenilənir, kadr dəyişiklikləri çevik və fərqli müstəviyə qədəm qoyub. Açıq görünür ki, hakimiyyət bu dəfə xaricdə təhsil alan, ömürlərinin bir hissəsini Avropada keçirən, müəyyən Qərbyönümlü layihələrin iştirakçısı olan, bir neçə dil bilgisinə malik şəxsləri önə çəkir. Ona görə dəciddi düşünməli, təyin olunan şəxslərin kimliyi, bütün bağlantıları araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, FETO bütün ölkələrə məhz bu üstünlüklərə malik olan kadrlar vasitəsilə daxil olur. Mən demirəm ki, təyin olunan yeni kadrlar FETO-çudur. Sadəcə diqqət, diqqət və yenə də diqqət!

Diqqətçəkən məqamlardan biri FETO-çu hesab olunduğuna görə vəzifədən çıxarılan, buradakı biznes şəbəkələri ciddi şəkildə itkilərə məruz qalan şəxslərin həmin vaxtdan son bir ilə qədər xarici ölkələrdə yaşaması, orada özlərinə biznes imkanları yaratmasıdır.

Ən qəribəsi odur ki, bu şəxslər Azərbaycanda islahatlar aparılan bir ərəfədə yenidən ölkəmizdə peyda olublar. Bu şəxslərin bir qismi vəzifə almaq üçün bütün vasitələrdən istifadə edirlər, digər qismi öz adamlarını müxtəlif sahələrə yerləşdirirlər.

Artıq proses çoxdan başlayıb. Məncə, FETO izini aşkarlamaq üçün ilk mərhələdə gənclər və idman sahəsini araşdırmaq bəs edər.

Samir FEYRUZOV

Azsiyasət.com

 

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"