"Gürcüstan "3+3" formatında iştirak imkanını nəzərdən keçirmir" - XİN

09 dekabr, 2021 16:14

Gürcüstan “3+3” formatı çərçivəsində dekabrın 10-da Moskvada keçiriləcək ilk toplantıda təmsil olunmayacaq.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Qeyd olunub ki, Gürcüstan bu əməkdaşlıq formatında iştirak imkanını nəzərdən keçirmir.

“XİN 3+3” regional əməkdaşlıq təşəbbüsü ilə bağlı aydın mövqeyini dəfələrlə ifadə edib. Biz bu formatda iştirakı nəzərdən keçirmirik və buna müvafiq olaraq dekabrın 10-na təyin edilmiş görüşdə təmsil olunmayacağıq”, - sənəddə deyilir.