ABŞ Ermənistan və Gürcüstanda hərbi obyektlər inşa edəcək

10 dekabr, 2021 13:22

ABŞ özünün müdafiə fəaliyyətini dəstəkləmək üçün Gürcüstan və Ermənistanda yeni obyektlərin inşasına vəsait ayrılmasını istisna etmir.

“Russia Today” xəbər verir ki, bu barədə məlumat ABŞ Quru Qoşunlarının Mühəndislər Korpusunun dərc etdiyi ilkin sənədlərdə yer alıb.

Məlumata əsasən, Amerika tərəfi ABŞ-ın müdafiə fəaliyyətinə dəstək məqsədilə Gürcüstan və Ermənistan ərazisində yeni obyektlərin layihələndirilməsi və inşasında, həmçinin köhnə obyektlərin bərpa olunmasında iştirak etməyə hazır olan şirkətlərlə iki ayrı müqavilə bağlamaq niyyətindədir. 

İlkin məlumata görə, sözügedən müqavilələr çərçivəsində ümumi işlərin dəyəri 45 milyon dollar təşkil edə bilər.