Şərəf yoxsulları: Biri Azərbaycan ordusundan AŞPA-ya şikayət edir, digəri isə...

10 dekabr, 2021 16:22

Azərbaycanın Ermənistan üzərindəki qələbəsi ölkəmiz üçün yeni konturlar müəyyənləşdirməklə yanaşı, marginal qrupların dövlətimizə qarşı yönələn hücumlarına da işıq saldı. daxili və xarici düşmənlərin "pasportu"nu əldə etmiş oldu. Daha gizli qalan heç nə yoxdur. Postmüharibə dövründə Azərbaycan təkcə Qarabağın bərpa prosesini həyata keçirmir, həm də daha böyük və qlobal əhəmiyyətli proseslərin əsas iştirakçısı kimi mühüm rol oynayır. Əgər 30 il ərzində əsas hədəfimiz Qarabağı işğaldan azad etmək idisə, bu gün Azərbaycanı daha qüdrətli bir dövlətə çevirmək milli hədəflərimizin əsas qayəsini təşkil edir. Görünür, bu hədəf - Qarabağın bərpası, bütün dünya üçün nəfəslik rolunu oynayacaq dəhlizin açılması, iqtsiadiyyatı və ordunu daha da gücləndirmək bir çox qüvvələri qane etmir və açığı, edə də bilməzdi. Bu qüvvələr uzun illərdir Azərbaycan dövlətinə qarşı daxildən və xaricdən aparılan məkrli planların, boyuna milyonlarla dollar biçilmiş layihələrin əsas iştirakçısı olan şəxslərdən, təşkilatlardan ibarətdir.

Bir məqama diqqət edək: Dekabrın 15-də Azərbaycan və Ermənistan liderləri arasında Brüssel görüşü baş tutmalıdır. Məhz bu görüş ərəfəsində sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı şiddətli və dezinformasiyalardan ibarət hücumlar həyata keçirilir. Bəs bu hücumlar kimlərdən təşkil olunur? Təbii ki, sapı özümüzdən olan baltalardan, Azərbaycandan qaçıb Qərb ölkələrində yaşayan mühacirlərdən: Sevinc Osmanqızı, Tural Sadıqlı, Emin Hüseynov, Məhəmməd Mirzəli və digər mənşəyi bəlli olmayan digər şəxslərdən...

Bəs bu şəxslərin əsas hədəfi nədir?

Heç şübhəsiz ki, Azərbaycan dövləti və onun siyasi, iqtisadi, tarixi və sosial dayaqları...

Məsələn, bir nümunə göstərək: Sən demə, Avropada yaşayan mühacir Emin Hüseynov Azərbaycan ordsunundan AŞPA-a şikayət edib.

Azərbaycan ordusuna qarşı hazırlanan şikayət qətnaməsinin təşkilatçısı E.Hüseynovdur, eyni zamanda bu qətnaməyə bir neçə avropalı deputat da imza atıb. Ancaq Azərbaycan ordusunun gözdən salınması və ermənilərin müdafiəsi məqsədilə hazırlanan şikayət təşəbbüsü qəbul edilməyib. Görəsən, E.Hüseynov Azərbaycan ordusundan nə istəyir?

Bəlkə 44 günlük müharibə zamanı Azərbaycan ordusu anasının erməni olduğu iddia olunan E.Hüseynovun qohum-əqrabasını da məhv edib?

Məgər E.Hüseynovun bu addımı ilə ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar arasında bir fərq varmı? Axı Ermənistan da Azərbaycanı BMT-nin Haaqa Beynəlxalq Məhkəməsinə vermişdi. Söz yox ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını tamamilə rədd edən qərar qəbul etdi. Məsələ isə gün kimi aydındır, E.Hüseynov ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi çirkin oyunların bir parçasıdır. Daha bunu başqa nə cür isbat etmək lazımdır? Əgər ermənilərin Azərbaycana qarşı qaldırdığı iddia ilə E.Hüseynovun hazırladığı böhtan layihəsi eyni fikirlərlə doldurulubsa, deməli, qaranlıq heç nə qalmır.

Bundan bir neçə gün əvvəl Sevinc Osmanqızı deyirdi ki, “Kaş bizim prezident Paşinyan olardı...”.

Təsəvvür edin, bu adamın atasını ermənilər öldürüb və atasının qatillərindən özünə prezident arzulayır. O Paşinyanı ki, 44 günlük müharibə zamanı Azərbaycanın mülki əhalisini raketlə hədəfə aldı, nəticədə azyaşlı körpələr, günahsız insanlar öldü.  S.Osmanqızının sərsəm fikirlərinə geniş şərh vermək əhəmiyyətsizdir, çünki bu adam (?) ermənilərə xidmət etdiyini açıq şəkildə etiraf edir.

Soçi görüşü Ermənistanın bütün ümidlərini puç etmiş oldu. Görüş zamanı Rusiya prezidenti V.Putinin açıq və sərrast fikirləri Azərbaycanın mövqeyi ilə üst-üstə düşürdü. Bu görüşdən sonra Azərbaycanın qaldırdığı məsələlərin gec-tez reallaşacağı da şübhə doğurmur və Ermənistan bunu başa düşür. Eyni zamanda “3+3” formatı region üçün hazırlanmış əsas inkişaf modeli kimi yekdil masanın qərarıdır. Bəs qarşıda nə var? Brüssel görüşü... Bu görüşü kimlər təşkil edir? Avropa İttifaqı... Paşinyan Soçi görüşündə ala bilmədiklərini Brsseldə almaq istəyir.

Həmçinin, hazırda Azərbaycana qarşı hücumların kökündə duran əsas amillərdən biri budur: İlham Əliyevin əlini zəiflətmək, Paşinyanın əlini isə gücləndirmək. Bəs bu antimilli plan kimlərin əli ilə icra olunur? Təbii ki, radikal müxalifət və xaricə qaçan azərbaycanlı mühacirlər vasitəsilə...

Öz günahlarını etiraf etmiş Saleh Rüstəmli ilə bağlı aksiyanın keçirilməsi də Azərbyacana qarşı çirkin oyun idi. Çünki bu aksiyanın təşkilatçıları və iştirakçıları daim dağıdıcılığa meylli olublar və şəhərin mərkəzində növbəti dəfə dağıdıcı addımlar atacaqlarını yəqinləşdirən bu şəxslər onu da bilirdilər ki, polis aksiyanın qarşısını qətiyyətlə alacaq.

Sabitliyi qorumaq polisin borcu və vəzifəsidir. Tofiq Yaqublunun özünü “qurbanlığ”a çevirməsinin də pərdəarxasında Brüssel görüşündə Azərbaycana qarşı “kart”lar müəyyənləşdirmək dayanırdı.

Şübhəsiz ki, Ermənistan Azərbaycanda insan hüquqlarının pozulduğunu misal gətirərək “demokratik Qərb”də ölkəmizə qarşı təzyiqlərə nail olmaq istəyir.

Ola bilsin ki, Brüssel görüşündə Paşinyan T.Yaqublunun fotosunu çıxarıb bəyan eləsin ki, “Baxın, sizin ölkədə vətəndaşı belə döyürlər...”. Amma bunun Ermənistanın işğalçılıq siyasətinə nə dəxli var? Yaxud T.Yaqublunun döyülməsinin detalları tam aydınlaşıbmı? Dəhşətli olan budur ki, Paşinyan Azərbaycan müxalifətinə istinad edə bilər. Məgər T.Yaqublu nəticədə kimə xidmət etdiyini anlamırmı? Bəs E.Hüseynovun Azərbaycan ordusundan AŞPA-ya şikayət etməsi onun “vətəndaş” mövqeyidir, yoxsa erməni lobbisinin tələbi?

Plan bəllidir: Xaricdə yaşayan marginal qruplara “aktivləşin” əmri verilib. Ölkə rəhbərliyi haqqında dezinformasiyaların yayılması üçün “düymə” basılıb. Azərbaycan xalqını təhqir etmək üçün “başlayın” tapşırığı gəlib. Diqqət ediriksə, radikal müxalifət və xaricdə yaşayan mühacirlər artıq Azərbaycan xalqını təhqir edirlər, insanları ölkədə terrora, dövlət çevrilişinə səsləyirlər.

Bunun üçün marginal qrupların ən yöndəmsiz və söyüşcül ünsürlərindən istifadə edirlər, məsələn, Məhəmməd Mirzəlidən... Bağça uşağı səviyyəsində intellektə malik olamayan bu “erməni tamadası” hər gün bir qurumu, bir məmuru, ölkə rəhbərliyində təmsil olunan şəxsləri hədəf alaraq ən pis ifadələrlə təhqir edir. Özü də harada oturur? Fransada... Hazırda Ermənistanın əsas havadarı kimdir? Təbii ki, Fransa... İnsanları terrora səsləyən M.Mirzəlini kim qoruyur? Fransa hüquq-mühafizə orqanları... Məslə aydındır.

Amma belələrini cavabsız qoyduqca daha da aqressivləşir və öz miskin varlıqlarını nümayi etdirirlər. Hər bir azərbaycanlı, hər bir jurnalist, siyasətçi bu şəxslərin linç etməlidir. 

Müəllif: Samir Feyruzov 

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"