"Bakıda buna razılaşacaq axmaq yoxdur" - Arşakyan

10 dekabr, 2021 16:54

"Kimi dolamaq istəyirsiniz? Paşinyanın oğlu kimə lazımdır ki, onu əsir götürsünlər?"

Bunu erməni siyasi şərhçi Mger Arşakyan deyib.

“Paşinyan oğlu Aşotu alver malına çevirmək və siyasi müstəvidə onu qabağa vermək vəziyyəti gülməli edir. Ata-oğul məsələsini beynəlxalq tribunaya çıxarmaq nədir axı? Azərbaycanda elə axmaq yoxdur ki, buna razılaşsın. Onlar çox yaxşı anlayır ki, bu, ciddi məsələdir və məişətin buraya heç bir aidiyyəti yoxdur”, - o bildirib.