Moskvada "3+3" formatında görüş keçirilir

10 dekabr, 2021 17:38

Moskvada Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinə həsr olunan “3+3” formatında görüş keçirilir.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar evində keçirilən görüşdə Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan və İran xarici işlər nazirlərinin müavinləri iştirak edirlər.

Azərbaycanı görüşdə XİN başçısının müavini Xələf Xələfov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil edir.

Qeyd edək ki, “3+3” formatında görüş mətbuatın iştirakı olmadan qapalı keçirilir.