"Rus ayısı” Qərbin təsvir etdiyi qədər qorxulu deyil..." - Polşalı general

11 dekabr, 2021 01:11

“Vladimir Putin NATO ilə tammiqyaslı qarşıdurmaya dözə bilməz, ona görə də Qərbi müharibə ilə qorxutmaqla açıq-aşkar blef edir”.

"Azsiayset" moderator.az-a istinadla xəbər verir ki, bunu Polşa generalı Roman Polko “TVP Info” telekanalına müsahibəsində bildirib. General izah edib ki, son on il yarım ərzində Rusiya lideri gözlənilməz rus ayısı rolunu oynayır, ən yaxşısı onu əsəbləşdirməməkdir. Və məhz bu taktikaya əməl edən Rusiya prezidenti Qərblə danışıqlarda növbəti bütün qələbələri özünə təmin edir.

“Qərb Vladimir Putinə qarşı sərt şərtlər irəli sürməlidir. Qorxmaq əvəzinə deməlidir ki, Ukraynaya qarşı aqressiv planlarından dərhal əl çəkməlidir... O, Ukrayna ordusunun bərpası üçün addımlar atmalı və açıq şəkildə deməlidir ki, təsir dairələrinin delimitasiyası olmayacaq. Onun büdcəsi Polşanın xərclədiyinin yarısıdır və ona verilən yer və tapşırıqlar daha çoxdur", - deyə polşalı general Roman Polko izah edib. Bununla belə, “TVP İnfo” telekanalına müsahibəsində o, Ukrayna ordusunun 2014-cü ildəkindən tamamilə fərqli vəziyyətdə olduğuna diqqəti çəkərək bu gün onun öz sərhədlərini qoruya bildiyini söyləyib.

ABŞ-ın “Şimal axını-2”-yə ​​qarşı sanksiyalardan əl çəkməsinin Kremlin Ukraynanı işğal etməkdən imtinası bahasına başa gəlib-gəməyəcəyi ilə bağlı suala o, belə cavab verib: “Bu, Putinin qara senarisi olardı. Təbii ki, Putin NATO ilə genişmiqyaslı müharibəyə və qarşıdurmaya dözə bilməz. O buna nə hərbi, nə də iqtisadi cəhətdən tab gətirə bilməz və Şimali Atlantika Alyansından daha zəif kartlara malikdir. Odur ki, fürsətçilik və konformizm hökm sürərsə və Putinə sülh və əmin-amanlıq bahasına daha bir strateji layihə həyata keçirməyə və bununla da can atdığı enerji müharibəsində qalib gəlməyə icazə verilərsə, bu, şübhəsiz ki, yaxşı heç nə vəd etmir”. Onun fikrincə, ABŞ, Almaniya, Fransa və İtaliyanın diplomatik jestlərin dilindən çox konkret hərəkətlərin dilini başa düşən Rusiya prezidentinə təşəbbüs göstərməsinin və şərtlər diktə etməsinin vaxtı çatıb.

Polşalı general əmindir ki, Qərb dövlətləri gələcəkdə Ukraynanın NATO-ya üzv olmasına imkan verəcək “yol xəritəsi”nin işə salınması üçün hər cür səy göstərməlidir. "Putin aydın şəkildə eşitməlidir: "Siz bunu qəbul etmirsiniz? Qarşıdurma istəyirsiniz? Onda bu arzunuza çatacaqsız". Putin ciddi qarşıdurmaya imkan verməz, çünki onu uduzar. “Şimal axını-2”-nin dondurulması Avropadan çox onun üçün qat-qat böyük iqtisadi zərbə olardı”, - deyə hərbçi izah edib.

Üstəlik, Roman Polkonun fikrincə, bu gün Rusiya prezidenti ictimai fikir ayrılığına görə hələ çox güclü olmayan Ukrayna ordusu ilə belə açıq qarşıdurmaya hazır deyil. Cəmiyyət Rusiyanın öz qardaşlarını qətlə yetirməsi, minlərlə meyitin tabutda vətənlərinə qaytarılması ilə barışa bilməyəcək. “Bu, Putinin məğlubiyyəti olardı... amma o, blef edir. Son on il yarımdır ki, o, gözlənilməz ayı rolunu oynayır, onu əsəbləşdirməmək daha yaxşıdır. Və bu yolla o, növbəti döyüşlərdə qalib gəlir”, -  deyə hərbçi bildirib.

General həmçinin əmindir ki, əgər Qərb Putinlə Aİ və ya NATO-nun təmsilçisi kimi danışsa, dialoq xeyli səmərəli ola bilər. “Putin ayrı-ayrı ölkələrin liderləri ilə, məsələn, kansler Angela Merkellə danışıqlarda uğur qazanıb. Niyə Qərb bunu NATO və ya Aİ-nin başında duran adamlar vasitəsilə edə bilməsin? Və beləliklə, həmrəylik nümayiş etdirib Rusiyaya açıq şəkildə deməsin: “Bu dəfə bizi indiyə qədər etdiyin kimi ayrı-ayrılıqda oynada bilməyəcəksən”, - deyə general söyləyib.

Polko onu da diqqətə çatdırıb ki, Rusiyaya iqtisadi zərbə müəyyən həddə qətiyyət və ardıcıllıqla müşayiət olunarsa, təsirli olardı, çünki o zaman Rusiya lideri hərbi istiqamətdə ləngiməli olar. “Mən Ukrayna ərazisində Polşa-Britaniya-Ukrayna birgə təlimlərinin təşkilində şəxsən iştirak etmişəm. Bizim təlimlərimiz Putinin təliminə cavab olmalıdır. Putinin əlindən sürüşüb çıxan ölkəyə zərbə endirmək imkanı yoxdur. Biz öz növbəmizdə Ukraynanın ardıcıl destabilizasiyaya məruz qalmasına və yenidən Rusiyanın təsir dairəsinə düşməsinə icazə verə bilmərik”, - deyə general Roman Polko müsahibəsini yekunlaşdırıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"