Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq prosesinə başladı

14 dekabr, 2021 00:27

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara və İrəvan münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün xüsusi nümayəndələr təyin edəcəklər. Nazir bunu ölkə parlamentindəki çıxışında deyib.

"Biz münasibətlərin normallaşması üçün bütün addımları yalnız Azərbaycanla birlikdə atacağıq", - Türkiyənin xarici işlər naziri bildirib.

Çavuşoğlu İstanbul və İrəvan arasında çarter reyslərinin bərpa olunduğunu da açıqlayıb.