NATO dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi
15 dekabr, 2021 00:36
Xəbər verdiyimiz kimi, bu gün Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib.
“Azsiyaset” xəbər verir ki, Prezident İlham Əliyevin də iştirak etdiyi iclasda NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunub.
Bu mövqenin NATO-nun Sammit sənədlərində də dəfələrlə təsbit olunduğu qeyd edilib.
İclasda, həmçinin Azərbaycan və NATO silahlı qüvvələri arasında operativ hərbi uzlaşma məsələsinin artırılması da qeyd olunub.