ABŞ Türkiyənin Ermənistanla bağlı qərarını dəstəklədi

15 dekabr, 2021 12:50

ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistanla əlaqələrin normallaşdırılacağı ilə bağlı qərarını dəstəkləyib.

Bu barədə E.Blinken Tviter hesabında yazıb.

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Ermənistanın iki ölkə arasında əlaqələrin normallaşması üçün dialoqa başlamaqla bağlı xüsusi nümayəndələr təyin ediləcəhyi barədə qərarlarını məmnuniyyətlə qarşılayır və tam dəstəkləyirik”.

Qeyd edək ki, M.Çavuşoğlu dekabrın 13-də Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Ermənistanla əlaqələrin normallaşdırılması istiqamətində addımların atılacağını bildirmişdi.