Brüsseldə maskası cırılan "milli satqın"lar: Onların iç üzü necə ifşa edildi - ÖZƏL VİDEOLAR

16 dekabr, 2021 23:23

Dövlət başçısı İlham Əliyev Belçikanın paytaxtı Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqının rəhbəri Şarl Mişel, eləcə də Fransa prezidenti Emmanuel Makronla  çox vacib görüşlər keçirir. Hansı ki, bu görüşlərin nəticəsindən Azərbaycanın regionda və dünyada güclü dövlət kimi sərgilədiyi mövqeyin qorunub saxlanılması birbaşa asılıdır. Müzəffər Ali Baş Komandanın siyasi iradəsi və çox böyük diplomatik savadı nəticəsində Qarabağda qazandığımız böyük ZƏFƏR, məhz Brüsseldə də təkrarlanır. Belə bir vacib məqamda isə illərdir Azərbaycanın uğurlarını həzm edə bilməyən, xarici qrantlar hesabına nəinki dövlətini, hətta vətənini və millətini satan, daha da dərinə getsək, əbədi və əzəli düşmənimiz olan erməninin və ona havadarlıq edənlərin “peşka”sına çevrilən “vətənşüvənlər” yağışdan sonra bitən göbələk kimi üzə çıxırlar.

Bəs niyə məhz Azərbaycan üçün taleyüklü məsələlər müzakirə olunan zaman?

Cavab olduqca sadədir, milli satqınlar əl açıb diləndikləri ağalarından aldıqları tapşırığı can-başla yerinə yetirməyə, sadə dildə desək özlərini göz(t)ə soxaraq daha çox pul almağa tələsirlər. Elə bu tələskənliklə də, Brüsselə gələn 3-5 nəfər “milli satqın” ağalarının yazıb verdiyi şüarları səsləndirməklə, Azərbaycanın və onun liderinin əldə etdiyi uğurlara kölgə salmağa çalışırlar. Təbii ki, mənfur plan tamamilə fiaskoya uğrayır, “dilənçi”lər isə suyu süzülə-süzülə ağalarının yanına üzü qara şəkildə qayıdır.

İndi isə gəlin detallara fikir verək. Siyasi mübarizənin mahiyyətini dərk etməyən 3-5 nəfər, yalnız söyüş ritorikasına əl atmaqla, necə deyərlər “çuluğunu sudan çıxartmağa” çalışır. Bu isə dırnaqarası müxalifətin söyüşlərindən zinhara gəlmiş Belçikada yaşayan azərbaycanlıların qəzəbinə səbəb olur. Nəticədə erməni xislətliləri Brüsseldən iti qovan kimi qovurlar. Polisə sığınan bu üzdəniraqların isə qaçmaqdan başqa çarəsi qalmır.

Almaniya, Fransa ve digər Avropa ölkələrindən fərqli olaraq Brüsseldə üzdəniraq müxalifət heç nə edə bilmir. Bunun qarşısını alan ən başlıca səbəblərdən biri də Belçikada 2020-ci ildə qurulan “Belçika Azərbaycanlıları Federasiyası” diaspor təşkilatıdır. Təşkilati bazası və ictimai dayaqları möhkəm olan mütəşəkkil diaspora təşkilatının qurulması bu üzdəniraq müxalifətin qol-qanad açmasının qarşısını uğurla alır və nəticədə dövlətçilik maraqlarımız qorunur. Brüsseldə təxminən 1200-dən çox azərbaycanlı yaşamasına, onların arasında fərqli düşüncə sahiblərinin olmasına baxmayaraq, bu insanların hamısını dövlət və millət amalı birləşdirir. Məhz bu amal uğrunda canından keçməyə hazır olan insanlar Brüsseldə təxribatın qarşısını alaraq, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdilər. Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı yüksək səviyyədə qarşılanması, oradakı azərbaycanlılar tərəfindən dəstəklənməsi bunun əyani sübutudur. Adını müxalifət qoyub, xaricdən aldığı qrantlar hesabına milli və dövlətçilik maraqlarını təhlükəyə atan erməni xislətlilərin mənfur planları isə hər zaman fiaskoya uğrayacaq.

Konkret.az

 

 

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"