Qarabağdakı separatçı rejimin nümayəndəsi Rusiyada saxlanıldı - FOTOLAR
17 dekabr, 2021 18:12
Hazırda Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Qarabağ bölgəsindəki separatçı-terrorçu rejimin nümayəndələrindən biri olan Boris Avaqyan Rusiyada saxlanılıb.
“Hraparak” xəbər verir ki, Avaqyan Sankt-Peterburqdakı restoranların birində saxlanılıb.
Bildirilir ki, separatçı rejimin “fövqəladə hallar naziri”nin keçmiş müavini olaraq fəaliyyət göstərmiş Avaqyan Rusiya tərəfindən beynəlxalq axtarışa verilmişdi.
Rusiyanın hüquq-mühafizə orqanları Avaqyanı ucuz tikinti materialları brendi altında Rusiyaya avadanlıq idxal edən cinayətkar qrup təşkil etməkdə ittiham edir. Onun Ermənistan sərhədini necə keçməsi məlum deyil.