"Rusiya-NATO münasibətləri partlayış həddindədir" - Rusiya XİN rəhbərinin müavini

17 dekabr, 2021 18:23

“Rusiya ilə NATO arasında münasibətlər hamı üçün qəbuledilməz səviyyəyə çatıb”.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Rusiya ilə NATO arasında vəziyyət qəbuledilməzdir. Şərait potensial partlayış həddindədir. Bunun qarşısını almaq üçün nəsə etmək lazımdır”, - S. Ryabkov vurğulayıb.