Rusiyada NATO-ya təkliflər - Ukrayna və Gürcüstanı qəbul etməyin, raketlərinizi çəkin...

18 dekabr, 2021 14:35

Rusiya Birləşmiş Ştatlar və NATO ilə müzakirə etmək istədiyi təhlükəsizlik şərtlərini açıqlayıb. Bu təkliflərə görə NATO keçmiş sovet məkanında özünün bütün hərbi fəaliyyətlərini dayandırmalıdır.

Rusiya Xarici İşlər Nazirliyinin dekabrın 17-də açıqladığı təkliflərdən birinə görə, NATO Ukraynada, Şərqi Avropada, Qafqazda və Mərkəzi Asiyada özünün bütün hərbi fəaliyyətlərini dayandırmalı, habelə bütün mübahisələri güc tətbiq etmədən və dinc yolla çözməyə razılaşmalıdır.

Təklif olunmuş saziş layihəsində NATO-nun genişləndirilməsinin dayandırılması, onun Moskvanın göstərdiyi bufer zonasında keçirdiyi hərbi təlimlərin ordu briqadası səviyyəsindən çox olmaması nəzərdə tutulur. Moskvanın təkliflərinə görə, NATO Rusiyanın ərazisini vura bilən bütün yerlərdə orta və qısamənzilli raketlərin yerləşdirilməsindən çəkinməlidir.

Rusiyanın bu təklifləri istənilən vaxt müzakirəyə hazır olmasını şərh edərkən Ağ Evin sözçüsü Cen Psaki dekabrın 17-də deyib ki, Birləşmiş Ştatlar təkliflərlə tanış olub, lakin müttəfiqlərinin iştirak etmədiyi heç bir Avropa təhlükəsizliyi danışıqlarına razılıq verməyəcək.

Hələ Moskvanın bu təklifləri təqdim etməsindən əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Moskva ilə hər hansı dialoqda NATO-nun da Rusiyanın hərəkətlərindən narahatlığı müzakirə olunmalıdır. Stoltenberq demişdi ki, belə danışıqlar NATO-nun Ukrayna da daxil, partnyorları ilə məsləhətləşmələrdən sonra aparıla bilər.

NATO-nun baş katibi bildirmişdi ki, Rusiya əvvəlcə yaratdığı gərginliyi azaltmalıdır. Son aylar ərzində Rusiya Ukrayna sərhədləri yaxınlığında çox sayda qoşun və hərbi texnika cəmləşdirib. Ukrayna və ABŞ kəşfiyyatları Rusiyanın Ukraynaya müdaxilə niyyətinin ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Rusiya isə bildirib ki, Birləşmiş Ştatlarla birbaşa dialoq və Ukraynanın NATO-ya daxil olmayacağına dair yazılı qarantiya istəyir.

Dekabrın 17-də keçirdiyi brifinqdə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Rusiya NATO tərəfindən belə bir addımın atıla biləcəyini göstərən əlamətlərə görə Avropa ərazisində ortamənzilli raketlərin yerləşdirilməsinə məcbur ola bilər.

Ryabkov dekabrın 17-də "İnterfaks" agentliyinə geniş müsahibəsində deyib ki, ABŞ və NATO-nun Moskvanın təkliflərinə reaksiyası məyusedicidir və o bu təkliflərin NATO üzvləri üçün qeyri-məqbul olduğunu düşünmür. Vaşinqtonu bu təkliflərə ciddi yanaşmağa çağıran Ryabkov deyib ki, o Birləşmiş Ştatların danışıqlara gələcəyinə ümid edir, çünki bu, sülh və sabitliyin qorunub saxlanması üçün son dərəcə mühümdür.

Rusiya sözügedən sənədlərin layihəsini ABŞ Dövlət Departamentinin rəsmilərinə dekabrın 15-də təqdim edib. Bu təkliflərdə Gürcüstanın adı çəkilməsə də, Ryabkov dekabrın 17-də bəyan edib ki, Moskva Cənubi Qafqaz dedikdə Gürcüstanı da nəzərdə tutur: "Biz, birbaşa tələb edirik ki, NATO-nun 2008-ci il Buxarest sammitində Ukraynanın və Gürcüstanın NATO üzvü ola biləcəyinə dair verilmiş qərar geri götürülsün. Bu qərar ləğv olunmalı, ona yenidən baxılmalıdır”.

Sözügedən sammitdə NATO bəyan etmişdi ki, onun qapıları istənilən Avropa demokratiyası üçün açıqdır.

azpolitika.info

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"