"Rusiya Ukrayna ilə sərhəddə qoşun yığmağa davam edir" - ABŞ kəşfiyyatı

18 dekabr, 2021 18:44

Rusiya Ukrayna ilə sərhədə qoşun yığmağa davam edir.

“UNIAN” xəbər verir ki, bunu ABŞ kəşfiyyatındakı mənbələr bildirib.

Məlumata görə, Kreml ABŞ Prezidenti Cozef Baydenin xəbərdarlıqlarından nəticə çıxarmayıb. 

“Son günlər sərhəd bölgəsinə çox sayda hərbi qulluqçu göndərilib”, - mənbələr vurğulayıb.