Ermənistanın Türkiyəyə təyin etdiyi xüsusi nümayəndə kimdir?

19 dekabr, 2021 00:32

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün nümayəndə təyin edib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vahan Hunanyan Feysbuk hesabında məlumat paylaşıb.

O qeyd edib ki, Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan xüsusi nümayəndə təyin olunub.