Ərdoğan mühüm qərarlar açıqladı, dolların məzənnəsi kəskin endi

20 dekabr, 2021 22:57

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dolların kəskin bahalaşması ilə bağlı hökumətin iclasını keçirib və bir neçə saat davam edən iclasdan sonra qəbul edilən mühüm qərarları açıqlayıb. Ərdoğan bəyan edib ki, dolların bahalaşmasının qarşısını almaq üçün müvəqqəti xarakter daşıyan bir sıra qərarlar qəbul edilib və həmin qərarlar növbəti günlərdə tətbiq ediləcək.

Bu qərarlardan biri, vətəndaşların banklarda lirə ilə yerləşdirdiyi depozitlərin dəyərdən düşməsinin qarşısını almaq məqsədi daşıyır. Qərara əsasən əgər lirə ilə yerləşdirilmiş depozitlərdən əldə edilən faiz gəlirləri dolların məzənnəsinin artması səviyyəsindən yuxarıda olsa o zaman vətəndaş həmin faiz gəlirini alacaq. Əgər dolların məzənnəsinin artım faizi lirə ilə yerləşdirilmiş depozitlərin faiz gəlirlərini üstələsə aradakı fərqi dövlət vətəndaşa ödəyəcək. Nəticədə banklarda lirə ilə depozit yerləşdirənlərin pullarının dəyərdən düşməsinin qarşısını almaq üçün onları dollarla əvəzləməsinə ehtiyac qalmayacaq.

Digər qərara əsasən hökumət türk lirəsinin rekord ucuzlaşması fonunda ixracatçı şirkətlər üçün forvard məzənnəsi təmin etmək niyyətindədir.

"Məzənnə dəyişkənliyinə görə qiymət təyin etməkdə çətinlik çəkən Türkiyə ixracat şirkətlərinə birbaşa Türkiyə Mərkəzi Bankı vasitəsi ilə forvard məzənnəsi təqdim olunacaq", - Türkiyə lideri bildirib.

Ərdoğan habelə bildirib ki, Türkiyə əhalisində dəyəri 280 milyard dollar olan 5 min tona yaxın qızılın olduğu bəllidir və hökumət bu qızılın maliyyə sisteminə daxil edilərək iqtisadiyyata qazandırılması üçün yeni maliyyə alətləri üzərində işləməkdədir. Ərdoğanın sözlərinə görə, əslində Türkiyədə dollar qıtlığı yox, dollar bolluğu var, vətəndaşların banklardakı dollar depozitlərinin ümumi məbləği yüzlərlə milyard dollardır.

Ərdoğanın açıqladığı müvəqqəti tədbirlər paketindən dərhal sonra bu gün ərzində 10 faizdən çox bahalaşan dollar ucuzlaşmağa başlayıb və 1 saatın ərzində məzənnəsi 5 faizdən çox geriləyib. Amma məzənnə az sonra yenidən artmağa başlayıb. Bakı vaxtı ilə 22.30 radələrində 1 ABŞ dolları 16.89 TL -yə yaxın idi. Lakin cəmi 1 dəqiqə ərzində məzənnə yenidən kəskin, 7 faizdən çox aşağı enib və 1 dollar 15.2 TL-yə yaxın olub. Dolların məzənnəsində başgicəlləndirici dəyişikliklər davam etməkdədir.

 

***

20:16

Türk lirəsi bu dəqiqələrdə demək olar ki, 10 faiz daha çox ucuzlaşıb. Hal-hazırda bir dollar 18 lirəyə bərabərdi. Bu investing.com saytının məlumatlarında qeyd olunur.

***

19:15

Türkiyə lirəsi rekord səviyyədə dəyər itirməyə davam edir. Hazırda 1 ABŞ dolları 17,86 lirəyə realizə olunur.

1 Azərbaycan manatı isə 10,51 lirəyə bərabərdir.

Qeyd edək ki, bazar günü Rəcəb Tayyib Ərdoğan öz çıxışında faiz azalmalarını yenə müdafiə edib və bunu İslam qanunları ilə əsaslandırıb.

***

11:20

Türkiyədə dollar yeni həftəyə də kəskin bahalaşma ilə başlayıb və ölkənin milli valyutası ABŞ valyutasına nisbətdə səhər saatlarından etibarən ciddi ölçüdə dəyər itirib. Ötən həftənin  cümə günü dollar 17,14 TL-yə qədər artmaqla rekord vurmuşdu, bu gün isə hərracların başlamasından cəmi bir neçə saat sonra yeni rekord səviyyəsinə çatıb və 17,62 TL-yə qalxıb. Avro isə 19,89 TL-yə yüksəlib.

Maliyyəçilər və iqtisadçılar belə vəziyyətdə Mərkəzi Bankın uçot dərəcələrini endirməkdənsə artırmalı olduğunu deyirlər. Lakin dolların bu cür kəskin bahalaşması artıq Mərkəzi Bankın əlindən bu aləti də almış olur. Belə ki, dolların bahalaşması ilə bərabər inflyasiya da kəskin artır və nəticədə indiki inflyasiya səviyyəsində Mərkəzi Bankın uçot dərəcələrini 10-15 faiz artırması tələb olunardı. Hökumət isə nəinki bu cür kəskin faiz artımına müsbət baxmır, eyni zamanda faizlərin aşağı salınmasında qərarlıdır.

Mərkəzi Bankın bazara birbaşa müdaxiləsi də nəticə vermir. Belə ki, dekabrın 1-dən 17-nədək Mərkəzi Bank bazarda cəmi 6.5 milyard dollar satıb, amma bu müdaxilənin cəmi bir neçə saatlıq təsiri olub. Ardınca dollar yenidən bahalaşma mərhələsinə keçib.

Bakı vaxtı ilə saat 11.20-yə olan məlumata əsasən banklar 1 dolları 17,44 TL-dən satmaqda idi. Bu, səhər saatlarından etibarən TL-nin 6 faizə yaxın dəyər itirməsi deməkdir.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"