"Sənin kimilərin səfeh ssenariləri ilə bu dövlətin yürüməsi..." - Fazil Mustafa

21 dekabr, 2021 09:25

“Sənin kimilərin səfeh ssenariləri ilə bu dövlətin yürüməsi...” – Fazil Mustafa 

Siyasətlə məşğul olmaq maarifçilik çalışmalarının yanında elə də ağır deyil. Siyasətdə qarşında əsasən siyasi opponentlərin durur. Onlarla danışmanın, mübahisənin öz dili, öz üslubu var. 

Maarifçilikdə isə böyük bir danabaş güruhu ilə savaşda ömrünü-gününü çürütməli olacaqsan. Qaydası, üslubu yox, tipik bir küçə savaşı kimi bir şey. Bizim işimizin ağır tərəfi budur ki, həmin güruh yalnız ölkəmizin içində böhtanları, yalanları ilə canımızı təngə gətirmirlər. 

Bu xalqı nağıllar dünyasından ayırıb real dünyanın içinə səsləməyə başladığında Rusiyadan, İrandan boy verib düşüncələrimizi söyləməyə əngəl yaradanlar da az deyil. Ancaq ən acınacaqlısı canımız Türkiyədən böhtanlar yağdıran danabaşlardır. 

Yenə də bunlar PKK ünsürlər, yaxud da orada yaşayan erməni təəssübkeşləri olsa, anlayışla yanaşmaq mümkündür. Bunların əksəriyyəti özünə milliyətçi, elçibəyçi deyən, son otuz ildə bir arpa boyu ağıllanmayan məxluqlardır. Onların sırasında biri daha qabarıq seçilir. Bu, əvvəllər Türkiyənin Azərbaycan səfirliyində mədəniyyət ataşşesi işləmiş Turqut Ər adlı danabaşdır. 

İllər öncə Azərbaycana aid cəfəngiyyatla dolu bir kitab da yazmışdı -"Azadlıqdan tiranlığa". Azərbaycan hakimiyyətinə düşməndir, Azərbaycanın Türkiyədən başqa kimsə ilə normal münasibət qurmasını istəmir və bu iqtidarın Qarabağı işğaldan azad etməsinə xeyli məyus olub. Az qalsın Rusiya ilə müharibə aparmadığımıza görə bizi qınayır. Arasıra da bəndənizi hədəf alıb guya Rusiyaya satıldığımı iddia edir. 

İndiyədək eşitdiyim böhtanlardan ən maraqlısı olduğuna görə burada qeyd edirəm. Bu zavallı danabaş hələ də otuz il öncəki ağlı ilə düşünür ki, biz çeçenlər kimi böyük əksəriyyətimiz məhv olmaq bahasına da olsa Rusiya ilə savaşaraq bölgədə güc sahibi olmalıyıq. İçinə sindirə bilmir ki, necə olub ki, bu Rusiyaya satılmış dediyi iqtidar bu gün Türkiyə ilə ən yüksək qardaşlıq münasibəti qura bilmiş və Qarabağın azad olunmasında bu faktor əsas rol oynamışdır. Mən də Türkiyə ilə birlikdəliyin həmişə ən qatı tərəfdarı olan və bunu hər fürsətdə təbliğ edən şəxs kimi əl altından həm də Rusiyaya işləyirəmmiş. 

Zavallı danabaş Turqut Ər! Sənin kimilərin səfeh ssenariləri ilə bu dövlətin yürüməsi heç vaxt olmayacaq! Türkiyə ilə qardaşlığımız, birlikdəliyimiz ən üst səviyyədə qalacaq, Rusiya ilə də, İranla da, Avropa Birliyi ilə də normal münasibətlər quraraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam şəkildə bərpa edəcəyik. Ermənistanı da sülhə gəlməyə məcbur edəcəyik. 

Biz bu Vətəni böyük Mehmet Akifin söylədiyi kimi dünyaları versələr də kimsəyə satmayacaq qədər şərəfli insanlarıq. Bəlkə siz də Türkiyəni səmimi olaraq sevirsiniz, ancaq ideologiyanın zəhərlədiyi qafanızdan gələn sərsəm görüşlərlə yalnız Azərbaycana deyil, həmişə Azərbaycanla birlikdə olan Türkiyəyə də ziyan verirsiniz. Böyük qələbəmizdən sonra ağıllanacağına inanmadığımız ermənilər bir az ağıllandı, fəqət Turqut Ər kimi dar qafalılar hələ də ötən əsrin 90-cı illərinin xəritələrinə baxıb Türkiyə və Azərbaycan üçün yol xəritəsi cızırlar.

Fazil Mustafa

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"