Rusiya ultimatumu yenilədi: "Bizə təcili cavab lazımdır..." - 2008-ci ilin avqustu hansı ölkədə təkrarlanacaq?

21 dekabr, 2021 09:28

Rusiya keçmiş sovet respublikalarının ərazisində NATO-nun və alyansa üzv ölkələrin  istənilən hərbi fəaliyyətinin dayandırılması, Ukraynanın bu bloka üzvlüyünün istisna edilməsi və Şərqi Avropada hücum silahlarının yerləşdirilməməsi barədə tələblərin yer aldığı təhlükəsizlik qarantiyası təklifinə ABŞ-dan “təcili cavab” gözləyir.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Mən düşünürəm ki, onlar bütün bunları ləng gedən prosesə çevirmək istəyirlər, bizə isə cavab təcili lazımdır, çünki situasiya çox ağırdır və kəskindir, daha da mürəkkəbləşməyə doğru gedir”, - yüksək vəzifəli diplomat deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi vaxt itirə bilməz və dərhal danışıqlara başlamağa hazırdır. 

Xatırladaq ki, Rusiya XİN dekabrın 17-də öz rəsmi saytında ABŞ və NATO ilə Rusiya arasında təhlükəsizlik təminatı layihəsinin mətnini dərc edib.

Bu layihəyə görə NATO bütün keçmiş sovet məkanında özünün bütün hərbi fəaliyyətlərini dayandırmalıdır. NATO Ukraynada, Şərqi Avropada, Qafqazda və Mərkəzi Asiyada özünün bütün hərbi fəaliyyətlərini dayandırmalı, habelə bütün mübahisələri güc tətbiq etmədən və dinc yolla çözməyə razılaşmalıdır. Təklif olunmuş “saziş layihəsində” NATO-nun genişləndirilməsinin dayandırılması, onun Moskvanın göstərdiyi bufer zonasında” keçirdiyi hərbi təlimlərin ordu briqadası səviyyəsindən çox olmaması” nəzərdə tutulur. Moskvanın təkliflərinə görə NATO Rusiyanın ərazisini vura bilən bütün yerlərdə orta və qısamənzilli raketlərin yerləşdirilməsindən çəkinməlidir.

Ağ Evin sözçüsü Cen Psaki dekabrın 17-də deyib ki, Birləşmiş Ştatlar təkliflərlə tanış olub, lakin müttəfiqlərinin iştirak etmədiyi heç bir “Avropa təhlükəsizliyi” danışıqlarına razılıq verməyəcək. Hələ Moskvanın bu təklifləri təqdim etməsindən əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Moskva ilə hər hansı dialoqda NATO-nun da Rusiyanın hərəkətlərindən narahatlığı müzakirə olunmalıdır.

Stoltenberq demişdi ki, belə danışıqlar NATO-nun Ukrayna da daxil partnyorları ilə məsləhətləşmələrdən sonra aparıla bilər. NATO-nun baş katibi bildirmişdi ki, Rusiya əvvəlcə yaratdığı gərginliyi azaltmalıdır. Son aylar ərzində Rusiya Ukrayna sərhədləri yaxınlığında çox sayda qoşun və hərbi texnika cəmləşdirib. Ukrayna və ABŞ kəşfiyyatları Rusiyanın Ukraynaya müdaxilə niyyətinin ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Rusiyalı ekspert, “Ali iqtisad məktəbi” araşdırmalar institutunun Avropa və beynəlxalq araşdırmalar Mərkəzinin direktor müavini Dmitri Suslov lenta.ru saytına müsahibəsində bildirib ki, əgər Rusiyanın bu tələbləri eşidilməsə 2008-ci ilin avqust hadisələri bu dəfə Ukraynaya münasibətdə təkrarlana bilər. Çünki 2008-ci ilin avqustu ərəfəsində də Rusiya Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyü barədə vədlər verməkdən imtina etməyə çağırmışdı. Amma bu çağırışlar eşidilmədi.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"