Ərdoğanın həmləsi dolları üzü aşağı yuvarladı - Nə baş verdi?

21 dekabr, 2021 11:48

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın ötən gün hökumətin iclasının ardınca elan etdiyi qərarlardan sonra son günlər kəskin bahalaşan dollar sürətlə ucuzlaşmaqda davam edir. Virtualaz.org xəbər verir ki, ötən gün 18,4 TL-yə qədər bahalaşan dollar Ərdoğanın elan etdiyi qərarların ardınca kəskin enib, daha sonra yenidən bahalaşıb. Hərracların sonunda 13 TL səviyyələrində qərarlaşıb. 

Bu gün səhər saatlarından başlayan hərraclarda isə dolların məzən-nəsi 17 faizdən çox aşağı enib və  1 ABŞ valyutası 11,12 TL səviyyəsinə düşüb.

Xəbər verildiyi kimi bu qərarlardan biri, vətəndaşların banklarda lirə ilə yerləşdirdiyi depozitlərin dəyərdən düşməsinin qarşısını almaq məqsədi daşıyır. Qərara əsasən əgər lirə ilə yerləşdirilmiş depozitlərdən əldə edilən faiz gəlirləri dolların məzənnəsinin artması səviyyəsindən yuxarıda olsa o zaman vətəndaş həmin faiz gəlirini alacaq. Əgər dolların məzənnəsinin artım faizi lirə ilə yerləşdirilmiş depozitlərin faiz gəlirlərini üstələsə aradakı fərqi dövlət vətəndaşa ödəyəcək. Nəticədə banklarda lirə ilə depozit yerləşdirənlərin pullarının dəyərdən düşməsinin qarşısını almaq üçün onları dollarla əvəzləməsinə ehtiyac qalmayacaq.

Digər qərara əsasən hökumət türk lirəsinin rekord ucuzlaşması fonunda ixracatçı şirkətlər üçün forvard məzənnəsi təmin etmək niyyətindədir.

"Məzənnə dəyişkənliyinə görə qiymət təyin etməkdə çətinlik çəkən Türkiyə ixracat şirkətlərinə birbaşa Türkiyə Mərkəzi Bankı vasitəsi ilə forvard məzənnəsi təqdim olunacaq", - Türkiyə lideri bildirib.

Ərdoğan habelə bildirib ki, Türkiyə əhalisində dəyəri 280 milyard dollar olan 5 min tona yaxın qızılın olduğu bəllidir və hökumət bu qızılın maliyyə sisteminə daxil edilərək iqtisadiyyata qazandırılması üçün yeni maliyyə alətləri üzərində işləməkdədir. Ərdoğanın sözlərinə görə, əslində Türkiyədə dollar qıtlığı yox, dollar bolluğu var, vətəndaşların banklardakı dollar depozitlərinin ümumi məbləği yüzlərlə milyard dollardır.

İqtisadçıların fikrincə, hökumətin bu tədbirlər planı valyuta bazarında yaranmış ajiotajı və milli valyutanın daha da dəyərdən düşməsini önləmək üçün bazar iqtisadiyyatı qaydaları baxımından təsirli alətdir. Lakin bunun dövlət büdcəsinə hələlik əvvəlcədən hesablanması mümkün olmayan əlavə yük gətirə biləcəyi qeyd olunur. Ancaq bunun Türkiyə dövləti üçün ciddi bir problem yaradacağına ehtimal verilmir. Eyni zamanda hökumətin davamlı tədbirləri nəticəsində dolların lirə qarşısında real və sabit dəyərinin müəyyənləşəcəyi gözlənilir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"