Bu texnikanı sərhədə cəmləşdirməkdə məqsəd nədir? - Hücum hazırlığına dəlalət edən yeni kadrlar

22 dekabr, 2021 11:55

Rusiya ordusunun Ukrayna sərhədləri boyu irimiqyaslı cəmləşməsi davam edir.

"Azsiyaset" virtualaz.orga istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan yeni görüntülər bu cəmləşmənin məqsədinin Ukraynaya qarşı irimiqyaslı hərbi müdaxilə olduğuna dair narahatlıqları daha da artırıb. Belə ki, Ukrayna sərhədləri yaxınlığındakı Klintsov rayonu ərazisindəki səhra düşərgəsinə çoxsaylı mühəndis texnikasının cəmləşdirildiyinə dair kadrlar yayılıb. Həmin texnika ancaq cəbhə xəttini yarmaq üçün istifadə edilə bilər və onların sərhədə cəmləşdirilməsini başqa heç nə ilə əsaslandırmaq mümkün deyil.

Kadrlara əsasən Rusiya qoşunlarının  Klintsov ətrafındakı səhra düşərgəsinə TMM-3 ağır mexanikləşdirilmiş körpüləri, EOV-421 ekskovatorları, PTS-4 tırtıllı traktorları, UR-77 “Meteroit” özüyeriyən reaktiv mina təmizləmə qurğuları, İMR-3M maneələri təmizləmə mühəndis maşınları və digər mühəndis texnikası cəmləşdirilir. O cümlədən çoxsaylı zirehli döyüş texnikasını daşıyan dəmir yol eşalonları sərhədə tərəf hərəkət edir. Həmin istiqamətdə ağır mexanikləşdirilmiş körpülərin tətbiq edilə biləcəyi çaylar ancaq Ukrayna və Belarusla sərhədlərdən keçir. Bu baxımdan Rusiya ordusunun həmin texnikanı Klintsov istiqamətinə cəmləşdirməsi Ukrayna üzərinə hücuma hazırlıqlara dəlalət edən daha bir faktdır.

Rusiya mənbələri Klintsov rayonundakı səhra düşərgəsində 20 minədək canlı qüvvənin cəmləşdirildiyini bildirir.

Xatırladaq ki, ABŞ kəşfiyyatı Rusiyanın Ukrayna sərhədləri boyu 100 batalyon-taktiki qruplaşması, yaxud 175 minə yaxın canlı qüvvə cəmləşdirdiyini, hücumun yanvarın sonlarında və ya fevralın əvvəllərində başlaya biləcəyini bildirib.

Lakin bəzi KİV-lər hücumun daha tez başlayacağını iddia edir. Böyük Britaniya kəşfiyyatının nümayəndələri istisna etmir ki, Kreml hücum əmrini yaxın günlərdə, dekabrın sonlarında verə bilər. “Daily Star” qəzeti bu haqda yazır və bildirir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi bu informasiyanı şərh etmək istəməyib.

 

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"