İranla Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq olacaq?

22 dekabr, 2021 22:12

“İranla Azərbaycan hərbi-siyasi sahədə əməkdaşlıq etmək barədə müzakirələr aparıb”. 

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakıda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, region ölkələri arasında olan problemləri həmin dövlətlər özləri həll etməlidir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə bildirib ki, Azərbaycan İranın ərazilərin minalardan təmizləmə təcrübəsindən yararlanmaq istəyir.

“Biz bununla bağlı cənab Abdullahianla müzakirə apardıq”, - deyə o əlavə edib.