"Ukraynada III hərbi əməliyyat hazırlanır" - Putin

23 dekabr, 2021 14:50

Belə bir hiss var ki, Ukraynada üçüncü hərbi əməliyyat hazırlanır.

Bunu Rusiya Prezidenti Vladimir Putin bugün keçirilən illik ənənəvi mətbuat konfransında deyib.

“Və bizə xəbərdarlıq edirlər ki, qarışmayın. Amma biz reaksiya verməliyik. Ukraynada baş verənləri görməliyik. Ukraynaya hansı yeni silah sistemləri gətiriləcək, radikallar orada özlərini necə aparacaqlar və s.” - Putin bildirib.