"Bizə zəmanət verməlisiniz! Yubanmadan! İndi!" - Putin Qərbi hədələdi

23 dekabr, 2021 18:17

Prezident Vladimir Putin Qərbdən tələb edir ki, Rusiyaya dərhal təhlükəsizlik təminatı versin. 

O, ayın əvvəlində Rusiya rəsmilərinin açıqladığı tələblər siyahısına istinad edib.

“Siz bizə zəmanət verməlisiz. Siz! Və yubanmadan! İndi!” – Putin “Sky News” müxbirinin sualına cavabında deyib.

Prezident Birləşmiş Ştatların Rusiya ilə sərhədə guya raket sistemləri yerləşdirməsi haqda Kremlin daha öncəki iddialarını bir daha dilə gətirib. Son illər ABŞ NATO müttəfiqləri Rumıniya və Polşa ərazisinə raket əleyhinə “Aegis Ashore” sistemləri yerləşdirib. Vaşinqton bu sistemlərin Avropanı İranın raketlərindən qorumaq üçün gərəkdiyini, Rusiyanın arselanına qarşı təsirli olmadığını vurğulayıb.

“ABŞ sərhədləri yaxınlığına bizmi raket yerləşdirmişik? Xeyr. Bizim evimizə, evimizin kandarına gələn ABŞ raketləridir… Bu, qeyri-adi tələbdir? Evimizin yanına daha hücum sistemi yerləşdirməmək? Burda qeyri-adi nə var?” – Putin bildirib.

Rusiyanın ABŞ, ola bilsin digər Qərb müttəfiqləri arasında gözlənən danışıqlara gəlincə, Putin bu haqda müsbət danışıb. “Müsbət reaksiya görmüşük. ABŞ-dan tərəfdaşlarımız bizə dedilər ki, müzakirəyə, bu danışıqlara gələn ilin əvvəlində hazırdılar”, – o deyib.

Putin Ukraynaya qarşı keçmiş ittihamları bir daha səsləndirib, Kiyevin şərq regionlarına yeni hərbi hücuma hazırlaşdığını söyləyib. “İndi bizə elə hey müharibə, müharibə, müharibə deyirlər. Görünür, Donbasda yeni bir əməliyyata hazırlaşırlar, bizi yollarına çıxmamağa çağırırlar, yoxsa sanksiya olacaq”, – deyən Putin Qərbi Ukraynanı silahlandırmaqla, əhalinin beynini yumaqla bu ölkədə anti-Rusiya əhval-ruhiyyəsi yaratmaqda suçlayıb.

“Biz Ukrayna ilə yaxşı qonşuluq əlaqələri yaratmaq üçün əlimizdən gələni edirik. Amma indiki rəhbərliklə bunu etmək mümkün deyil. Ukraynada bizimlə işləmək istəyənlər təzyiqlə üzləşir, hətta öldürülür”, – Putin deyib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"