"Türkiyə ilə ilkin şərt olmayacaq" - Paşinyan
25 dekabr, 2021 00:53
“Ümid edirəm ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ilk görüşü ən qısa zamanda təyin olunacaq”.
“Azsiyaset” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn konfrans zamanı bildirib.
O əlavə edib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması ilkin şərt olmadan baş tutacaq.
Qeyd edək ki, Türkiyənin xüsusi nümayəndəsi, ABŞ-dakı keçmiş səfir Sərdar Kılıç, Ermənistanda isə Milli Məclisinin sədr müavini Ruben Rubinyan təyin edilib.