Rusiya Ukraynaya nota verdi - Gərginlik artır

25 dekabr, 2021 00:57

Rusiyanın Kiyevdəki səfirliyi Ukrayna Xarici İşlər Nazirliyinə nota verib.

"Azsiyaset" xəbər verir ki, səfirlik Lvov şəhərində Rusiya konsulluğunun binasına atılan "Molotov kokteyli" ilə əlaqədar təhlükəsizliyin gücləndirilməsi üçün təcili tədbirlərin görülməsini tələb edib.

Qeyd edək ki, bundan öncə də Ukraynanın Rusiyadakı müvəqqəti işlər üzrə vəkili Vasili Pokotilo Xarici İşlər Nazirliyinə çağırılıb.