"Rusiya heç vaxt kiməsə birinci hücum etməyib" - Putinin sözçüsü

26 dekabr, 2021 00:49

Rusiya heç vaxt kiməsə birinci hücum etməyib.

Bunu Kreml sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynaya müdaxilə edəcəyi barədə yayılan iddialara münasibət bildirərkən deyib.

Peskov bildirib ki, Moskva Normand formatına və Minsk razılaşmalarına sadiq qalaraq, Donbasdakı münaqişənin həllinə kömək etmək üçün hər cür səy göstərir.