"Moskva Bakı və İrəvan arasında mühüm rol oynayıb" - Rusiya XİN
29 dekabr, 2021 00:48
Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına böyük töhfə verib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci ilin xarici siyasət yekunları ilə bağlı yaydığı bəyanatda qeyd olunur.
Bəyanatda vurğulanıb ki, Moskva Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılmasına nail olub:
"Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması, eləcə də Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması kimi vəzifələrin həllinə yardım edilib. Dekabrın 10-da Moskvada “3+3” formatında regional məşvərət platformasının təsis iclası keçirilib".