Bolqarıstanda Azərbaycan qazına qarşı sabotaj - Müqaviləyə təhdid yarandı

29 dekabr, 2021 15:00

Bolqarıstanın “Bulgargaz” dövlət qaz idxalı şirkəti ölkənin Dövlət Milli Təhlükəsizlik Agentliyinə (DANS) məktub yazaraq bildirib ki, “rəqib maraqlar” Bolqarıstanla Azərbaycan arasında 1 milyard kubmetr qazın idxalına dair müqaviləni təhdid altında qoyaraq sabotaj həyata keçirməyə çalışır.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu sensasion məlumatı “EURACTIV Bulgaria” nəşri yayıb.

Dekabrın 21-də göndərilmiş məktubun surəti nəşrin əlinə keçib. Orada bildirilir ki, “Bulgargaz” şirkəti DANS-a “maraqlı tərəflərin” Azərbaycanla 2013-cü ildə imzalanmış müqavilədən məxfi informasiyanı yayaraq kommersiya sirrinin pozulmasına səbəb olduqlarını bildirir. Bu isə Azərbaycan tərəfinə əsas verir ki, “Bulgargaz”la müqaviləni pozsun. Bolqarıstanın Azərbaycandan aldığı həmin 1 milyard kubmetr qaz ölkənin qaza olan tələbatının üçdə birini təşkil edir və Bolqarıstan üçün Rusiya qazına ilk real alternativdir.

Belə ki, hazırda Bolqarıstanın qaz təchizatının demək olar 100 faizinə Rusiya şirkəti “Gazprom” nəzarət edir. Yunanıstanla Bolqarıstanı birləşdirəcək qaz kəmərinin tikintisinin 2022-ci ilin sonlarında başa çatdırılması planlaşdırılır və həmin kəmərlə Azərbaycan qazı Bolqarıstana çatdırılmalıdır. Bununla belə Azərbaycan Yunanıstanla Bolqarıstanı birləşdirən hazırki qaz kəməri ilə daha az həcmdə qazı bu ölkəyə satmağa razılaşıb.

Bildirilir ki, “Bulgargaz” şirkəti ilə Azərbaycan tərəfinin imzaladığı müqavilə Bolqarıstan üçün çox sərfəlidir, xüsusən də Avropada enerji daşıyıcılarının qiymətinin sıçrayışla artdığı indiki vaxtda. Əgər rəqib tərəf müqaviləni sabotə edərsə və nəticədə müqavilə pozularsa “Bulgargaz” 73 milyon dollarlıq bank təminatını da itirəcək, nəticədə dövlət şirkəti ağır maliyyə durumu ilə üzləşəcək.

“Bulgargaz”ın məktubunda göstərilir ki, həmin sabotajda iştirak edənlərdən biri “Bolqarıstan Qaz Assosiasiyası” (BGA) adlı şirkətdir. Həmin şirkətin heç internet saytı da yoxdur, amma Azərbaycanla qaz müqaviləsinə dair məxfi informasiyanı sızdırıb. BGA-nın rəhbərliyinə 2015-ci ilə qədər “Bulgargaz”ın rəhbərliyinə daxil olmuş şəxslər daxildir. Energetika nazirinin müavini İva Petrova və energetika naziri Aleksandra Nikolova şirkətin təsisçiləri arasında yer alır. O, əvvəllər keçmiş baş nazir Boyko Borisovun keçmiş tərəfdaşı, biznesvumen Svetelin Borislavovanın yanında işləyib.

Habelə Nikolova Bolqarıstanda qazla işləyən 1 gigavatt gücündə elektrik stansiyasının tikintisi layihəsi ilə bağlıdır. 1 milyard avroya başa gələcək bu elektrik stansiyası Bolqarıstanın hazırda ildə 3 milyard kubmetr təşkil edən qaz idxalının daha 1  milyard kubmetr artırılmasını nəzərdə tutur. Qaz təchizatını şaxələndirmədən isə bu, “Qazprom”un maraqlarına uyğun layihə olardı.

Nəşr yazır ki, “Bulgargaz”a qarşı təxribat Bolqarıstan istehlakçıları üçün qazın qiymətinin artmasına gətirib çıxara bilər. Bu il “Bulgargaz” spot bazarlarında qaz alan təchizatçı şirkətlərə nisbətən daha yaxşı vəziyyətdədir, çünki uzunmüddətli müqavilələrlə işləyir. “Bulgargaz” tərəfindən Bolqarıstanda satılan təbii qazın qiyməti “Qazprom”la uzunmüddətli müqavilə və alternativ marşrutla Azərbaycan qazının idxalı hesabına  Avropa bazarındakı qiymətdən 30-40 faiz aşağıdır. Lakin müqavilə pozulsa Azərbaycan qazı başqa bazarlara gedəcək, qiymətlər isə əvvəlki kimi olmayacaq.

Demokratiyanın Öyrənilməsi Mərkəzinin energetika və iqlim proqramları direktoru Martin Vladimirov “EURACTIV” nəşrinə bildirib ki, Bolqarıstan dövləti uzunmüddətli razılaşmalara düzəliş etmək və “Bulgargaz”ın maraqlarını qorumaq üçün Azərbaycanla fəal dialoq aparmağa cəhd etmir. Əvəzində şirkətin rəhbərliyini dəyişdirmək cəhdləri edilir. Onun sözlərinə görə, hadisələrin belə inkişafından daha çox “Qazprom” udur. Çünki qaz təchizatının şaxələndirilməsi ləngiyir, Rusiya inhisarçı şirkəti isə Bolqarıstan bazarından ona sərf etməyən oyunçuları sıxışdırıb çıxarır.

Vladimirov hesab edir ki, təchizat şaxələndirilmədən həmin elektrik stansiyasının tikintisi Bolqarıstanın Rusiya qazından asılılığını daha da gücləndirəcək.

“Aydındır ki, belə iri və iqtisadi baxımdan gərəksiz stansiyanın tikintisi süni şəkildə daha iri təbii qaz bazarı yaratmağa hesablanıb, bu isə rəqiblərin kommersiya maraqlarına xidmət edir”, - o bildirib.

“Bulgargaz” hələlik məktubuna cavab almayıb. Məktubda o da bildirilir ki, “hökumətdən kənarda olan şəxslər” Azərbaycanla müqavilədən məxfi informasiyaları bloqlarda və “lobbist yazışmalarda” açıqlayıblar. Bu da Bakının “olduqca kəskin reaksiyasına” səbəb olub. Bildirilir ki, Azərbaycan tərəfi informasiyanın sızdırılmasına dair araşdırma və razılaşma tərəflərinin maraqlarına ziyan vuran şəxslərə qarşı məhkəmə iddiaları barədə məlumat almaq istəyir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"