Ermənistanın sabiq müdafiə naziri - "Hər şeyi açıb danışacam..."

30 dekabr, 2021 12:57

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın vəkilləri cinayət təqibinə xitam verilməsi barədə vəsatətlə istintaqa müraciət ediblər və rədd cavabı alıblar. Bu barədə “Hraparak” qəzeti xəbər verir.

Nəşr öz mənbələrinə istinadən yazır ki, indi Tonoyanın müdafiəsi prokurorluğa müraciət etməyi planlaşdırır.

“Keçmiş nazir vəkillərə bildirib ki, vəsatət rədd edilərsə, susmayacaq və sensasion açıqlamalar verəcək”, - qəzet yazır.

Xatırladaq ki, keçmiş müdafiə idarəsinin rəisinə qarşı ölkənin Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarının Ermənistan Silahlı Qüvvələrinin ehtiyacları üçün döyüş sursatları alarkən vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri ilə bağlı cinayət işi başlanıb.