Bu il ATƏT-ə kim sədrlik edəcək... - Azərbaycana nə vəd edir?

01 yanvar, 2022 12:10

Polşa yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyi İsveçdən qəbul edib.

"TASS" xəbər verir ki, Polşa bu gündən etibarən 1 il müddətinə bu beynəlxalq təşkilatda koordinator funksiyasını yerinə yetirəcək. 

Polşanın Baş naziri Mateuş Moravietskinin sözlərinə görə, ölkəsi hər hansı təhdidlər qeydə alınarsa, Aİ və NATO-dakı tərəfdaşlara müvafiq siqnallar göndərməklə, dünyanın bu hissəsində sülh və təhlükəsizliyin qeydinə qalmaq üçün hər şeyi edəcək. 

Polşanın ATƏT-ə sədrliyinin tam proqramı yanvar ayında Vyana şəhərində təqdim olunacaq. 

Qeyd edək ki, ATƏT-ə 57 ölkə daxildir.