Paşinyanın təhlükəsizliyinə cavabdeh olan general evində ölü tapıldı

01 yanvar, 2022 15:48

İrəvanda, öz mənzilində, yeni ilin ilk günü Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qriqori Ayrapetov dünyasını dəyişib.

Bu barədə Ermənistanın "Shamshyan.com" saytı məlumat yayıb.

Qeyd olunur ki, 1991-2018-ci illərdə Ayrapetov Ermənistan liderlərinin: üç prezidentin və hazırkı baş nazir Nikol Paşinyanın təhlükəsizliyinə cavabdeh olub. O, 2019-cu ilin oktyabrında tutduğu vəzifədən azad edilib.

General Qriqori Ayrapetov 2018-ci ilin sentyabrında Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla eyni liftdə olub.

Xatırladaq ki, 2018-ci ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyev Düşənbədə MDB sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.