Rusiya Kiyevə hansı istiqamətdən hücum edə bilər?

01 yanvar, 2022 16:02

Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə əsas zərbə Donbasdan deyil, ən qısa marşrutdan endiriləcək.

Bu sözləri Ukraynanın “Azov” alayının komadanı Denis Prokopenko deyib.

O bildirib ki, zərbə Bryans-Kiyev istiqamətindən gözlənilə bilər:

“Çerniqov sərhədindən Kiyevə qədər 200 km-dan azdır. Bu, Kiyevə sahib olmanın və Ukraynanın kapitulyasiyası üçün ən qısa yoldur”.