İsrail qəzeti hücuma məruz qaldı - Süleymaninin fotosu...

03 yanvar, 2022 13:43

İsrailin "Yerusəlim Post" qəzeti haker hücumuna məruz qalıb.

Bu barədə qəzetin özü məlumat yayıb.

"Saytımızın açıq şəkildə haker hücumuna məruz qaldığının fərqindəyik. Bu, ölkə üçün açıq bir təhlükədir", - qəzet bildirib.

Bu səhər sayta daxil olanlar xəbər saytının ana səhifəsində 2020-ci il yanvarın 3-də öldürülən İran generalı Qasım Süleymaninin fotoları ilə qarşılaşıblar.