Rəisi-Paşinyan danışığı... - Nələr müzakirə olundu?

03 yanvar, 2022 20:26

"Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında məsələlər beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll olunacaq. Regionda sülhün, sabitlik və təhlükəsizliyin şahidi olmaq istəyirik".

Bunu İran Prezidenti İbrahim Rəisi Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığında deyib.

Rəisi Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin gedişindən məmnunluğunu ifadə edib. O, vurğulayıb ki, İran danışıqlar prosesini alqışlayır.